Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Ağdam PİTM filialında dispetçer

Ağdam PİTM filialında dispetçer

29-05-2024

2K

Bağlanılıb

Təsvir

  • İstehsalat, təqvim planına və növbə-gün tapşırıqlarıa uyğun olaraq, müəssisə, idarə və təşkilatlarda və ya onların bölmələrində istehsalın gedişini və əsas fəaliyyətinin digər növlərini operativ tənzimləyir.
  • Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin lazımı material, konstruksiya, komplektləşdirmə məhsulları və eləcə də nəqliyyatla, yükləmə-boşaltma vasitələri ilə təmin olunmasına nəzarət edir.
  • İstehsalın gedişinə, istehsalat gücündən tam istifadə olunmasına, istehsalın ritmik hərəkətinə, hazır məhsulun təhvil verilməsinə, işin (xidmətin) yerinə yetirilməsinə, qrafikdə nəzərdə tutulan anbar və yükləmə-boşaltma əməliyyatlarının təmin edilməsinə nəzarəti həyata keçirir.
  • Sahələrdə və sexlərdə müəyyən olunmuş artıq məhsulların normasına, buraxılış normalarına və onların verilmə müddətinə riayət edilməsini təmin edir.
  • Lazım olduqda müəssisə, idarə, təşkilatların müvafiq xidmətlərini cəlb etməklə istehsalatın gedişində pozuntuların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür.
  • Texnoloji avadanlıqların tam, ahəngdar işləməsi, məhsulun istehsalına sərf olunan müddətin ixtisar edilməsi üçün istehsalat ehtiyatlarını üzə çıxarır.
  • İstehsalatın operativ idarə olunması üçün texniki vasitələrdən səmərəli istifadə edilməsini təmin edir.
  • Dispetçer jurnalını aparır, istehsalın gedişi haqqında hesabat raportlarını və digər texniki sənədləri tərtib edir. Müəssisə, idarə və təşkilatların bölmələrinin fəaliyyətinin təhlil və qiymətləndirilməsində, daxili istehsalat ehtiyatlarının aşkara çıxarılmasında iştirak edir.



Tələblər

  • Ali təhsil
  • Nəqliyyat vasitəsinin texniki xarakteristikasını bilməli; 
  • Texnikanın istismarı normativini bilməli; 
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli; 
  • Məsuliyyətli, diqqətcil, operativ olmalı
  • MS Windows, MS Office, İnternet və s. biliklər.
  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat

 

İş yeri Ağdam rayonunda yerləşdiyinə görə yalnız həmin rayon və ətraf rayonlarda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.


Vakansiya haqqında

Son tarix

iyul 8, 2024

Paylaşılıb

may 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri