Azərpambıq ASK MMC

Anbardar

07-04-2025

453

Təsvir

✅Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması.

Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.

Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması.

Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.

✅Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik.

Müştərilərin sifarişlərinə görə materialların dəstlərə komplektləşdirilməsi, əhalinin şəxsi avtonəqliyyatını müvəqqəti saxlamaq üçün lazım olan sənədlərin rəsmiləşdirib qəbul edilməsi.

Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması. İnventarlaşdırmanın aparılmasında iştirak.

Peşəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər

Müvafiq sahə üzrə ali ixtisas təhsili və istehsalatda 1 ildən az olmayaraq iş stajı;

MS Windows, MS Office, İnternet və s. üzrə biliklər.

İş rejimi: 6 gün

Həftədə 40 saat


İş yeri İmişli rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Vakansiya haqqında

Son tarix

May 17, 2025

Paylaşılıb

aprel 7, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Korporativ nömrə