Azərpambıq ASK MMC

Aparıcı hüquqşünas

Dünən

128

Təsvir

  • Cəmiyyətdə tətbiq edilən bütün əsasnamələr, prosedur və qaydalarilə ona aid edilmiş vəzifələri icra edir;
  • Cəmiyyətin əməkdaşları tərəfindən hüquq pozuntularına yol verildikdə, müstəqil və ya Cəmiyyətin digər struktur bölmələri ilə birlikdə xidməti araşdırma aparır;
  • Cəmiyyət əleyhinə verilmiş mülki, inzibati və cinayət məsuliyyəti yaradan işlər üzrə müvafiq məhkəmələrdə Cəmiyyətin hüquq və mənafelərinin qorunması üçün zəruri hüquqi tədbirləri yerinə yetirir;
  • Cəmiyyət tərəfindən verilmiş mülki işlər üzrə iddia ərizələrinin tərtib olunmasını, zəruri hüquqi əhəmiyyətli sənədlərin toplanmasını təmin edir;
  • Cəmiyyətin hüquq və mənafeyinin bütün instansiya məhkəmələrində müdafiə edilməsi, o cümlədən iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddia predmetinin və ya əsasının dəyişdirilməsi, etirazın verilməsi, məhkəmə aktlarından şikayət, vəsatət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri və bununla bağlı digər zəruri hərəkətlərin yerinə yetirilməsi işlərini icra etməklə struktur bölmə rəhbərliyinə və böyük hüquqşünasa hesabat verir;
  • Cəmiyyətimizə borcu qalmış müqavilə tərəf olan fermerlərin və ya işçilərin siyahısını digər struktur bölmələrdən məlumatları almaqla tərtib edir və bu barədə struktur bölmə rəhbərliyinə və böyük hüquqşünasa hesabat verir;
  • Hesabatın, struktur bölmə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların vaxtında icra olunmasını təmin edir;
  • Mübahisələrin həlli (Cəmiyyətin tələbləri və Cəmiyyətimizə qarşı olan tələblər) baxımından hüquqi risklərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində hüquqi tədbirlər planı hazırlayaraq struktur bölmə rəhbərliyinə təkliflər verir;
  • Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, dövlət idarələrində Cəmiyyətin daşınar və ya daşınmaz əmlaklarının qeydiyyata alınmasını və bunun üçün zəruri hüquqi işlərin yerinə yetirilməsini təmin etməklə struktur bölmə rəhbərliyinə və böyük hüquqşünasa hesabat verir.

Tələblər

  • Hüquq sahəsində ali təhsil (bakalavr, üstünlük: magistr);
  • Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Müqavilələrin hazırlanması, hüquqi rəylərin verilməsi və hüquqi risklərin idarə edilməsi üzrə praktiki təcrübə;
  • Müxtəlif növ müqavilələrin (satınalma, xidmət, podrat, əməkdaşlıq, icarə və s.) hazırlanması, təhlili və hüquqi ekspertizası;
  • Şirkətdaxili normativ sənədlərin hazırlanması və hüquqi uyğunluğun təmin edilməsi;
  • Tərəfdaşlar və podratçılarla danışıqlar aparmaq bacarığı. Hüquqi risklərin müəyyən edilməsi və aradan qaldırılması üzrə yanaşma;
  • Namizəd AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət, Vergi Məcəllələrin, Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməlidir;
  • Korporativ idarəetmə ilə bağlı normativ aktlar;
  • Dövlət satınalmaları və müqavilə hüququ üzrə biliklər;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilmək arzuolunandır);
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Dürüst və vicdanlı olmalı, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
  • Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.

Vakansiya haqqında

Son tarix

November 26, 2025

Paylaşılıb

oktyabr 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq