Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
Xarici dilli müqavilələrin hüquqi ekspertizası;
Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
Tələblər
Hüquq üzrə ali təhsil;
Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
Namizəd AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət, Vergi Məcəllələrin, Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, ARinzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməlidir;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilmək arzuolunandır);
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Dürüst və vicdanlı olmalı, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır;