Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Aqrotexniki maşın və avadanlıqların təmiri üzrə mühəndis-mexanik

Aqrotexniki maşın və avadanlıqların təmiri üzrə mühəndis-mexanik

29-05-2024

802

Təsvir

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək; 
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədləri işləyib-hazırlamaq, Smeta xərclərini hesablamaq, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələri tərtib etmək;
  • Köhnəlmiş avadanlıqları, obyektləri müəyyən etmək və onların təmirini növbələşdirmək;
  •  Aparat və avadanlıqların işlərinin, onların boşdayanma səbəb və müddətlərinin, təmir və modernləşdirmə üzrə yerinə yetirilmiş işlərin uçotunu aparmaq.
  • Eksperiment, quraşdırma və yeni texnikanı mənimsəmək, avadanlıqları sınaqdan keçirmək, bina və qurğuların yenidən qurulmasında iştirak etmək.
  • Texniki sənədlərin ekspertizasını, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət etmək, daxili ehtiyatları üzə çıxarmaq, onun işində olan çatışmamazlığın və nasazlığın səbəblərini müəyyən etmək, onların aradan qaldırılması tədbirlərini həyata keçirmək.
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək.






Tələblər

  • Kənd təsərüffatı sahəsində 5 ildən çox müddətə texniki sahə üzrə mühəndis -mexanik vəzifəsində əmək təcrübəsi tələb edilir.
  • Texnikalarının diaqnostikasını bacarmaq;
  • Ağır texnika üzrə mexanik işlərini görməyi bacarmaq;
  • İşlə əlaqədar olaraq rayonlarda ezamiyyətə açıq olmaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilmək;
  • MS Windows, MS Office, İnternet və s. üzrə biliklər.


Vakansiya haqqında

Son tarix

iyul 8, 2024

Paylaşılıb

may 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik