Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Beyləqan PİEZ filialında mühəndis-energetik

Beyləqan PİEZ filialında mühəndis-energetik

24-05-2024

730

Bağlanılıb

Təsvir

  • Mühəndis-energetik elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir.
  • Elektrik avadanlıqlarının istismarı sahəsində təcrübə mübadiləsi üzrə işi aparır.
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.
  • Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
  • Enerji təsərrüfatının perspektiv inkişafı planlarının, elektrik avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik edir. Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
  • Köhnəlmiş avadanlıqları müəyyən edir və onların təmirini növbələşdirir.
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsində iştirak edir. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il təcrübə
  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
  • Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
  • Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.


Vakansiya haqqında

Son tarix

iyul 3, 2024

Paylaşılıb

may 24, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

495 - 495 AZN

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik