Azərpambıq ASK MMC

Elektrik montyoru

Bu gün

40

Təsvir

2-ci dərəcə üzrə - Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi. Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsi. Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması. Gərginliyin 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi.

Mürəkkəb olmayan işıqlandırıcı armaturanın elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması. Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlanılması. Siqnalizasiya elektrik cihazlarının qurulması və tənzimlənməsi.

3-cü dərəcə üzrə - Çox da mürəkkəb olmayan qoşulma sxemli güc və işıqlandırıcı elektrik qurğularına xidmət.

Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin yerinə yetirilməsi. Elektrik avadanlığının yüklənməsinin tənzimlənməsi. Maqometrlə izolyasiyanın vəziyyətinin yoxlanılması, onun elektrik mühərriklərində, transformatorlarda və kabel şəbəkələrində müqavimətin ölçülməsi. Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi və lehimləndirilməsi. Gücü 100 kVt-a qədər olan elektrik mühərriklərinə, elektro-ölçü cihazlarına və elektrik sayğacına xidmət, onların qurulması və qoşulması. Mürəkkəb işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lüminessentli çıraqların qurulması.

4-cü dərəcə üzrə - Mürəkkəb sxemli qoşulmanın güc və işıqlandırıcı elektrik qurğularına xidmət. Elektrik stansiyası, yarımelektrostansiya transformatorlarında gərginliyin tam kəsilməsi ilə çox mürəkkəb olmayan işlərin yerinə yetirilməsi. Kommutasiya müdafiəsi və kommutasiya aparaturasının idarə edilməsi sxeminin yoxlanılması və ona xidmət. Gərginliyi 1000 V-dan yuxarı olan şəbəkələrdə paylayıcı qurğu avadanlıqlarının, gücü 100 kVt-dan yuxarı olan elektrik mühərriklərinin və "kosinus-fi"ni avtomatik tənzimləyən statistik kondensator qurğularının yoxlanılması və xidməti. Lüminessentli işıqlandırıcılarda tənzimləyici aparaturaların dəyişdirilməsi və armaturun təmiri. Qaldırıcı kranı olan nəqliyyat qurğularının elektrik sxemində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Çoxmühərrikli aqreqatların və dəzgahların elektrik avadanlıqlarına xidmət. Gücü 1000 kVt-a qədər olan yüksəktezlikli qurğuların və civəli bərk düzləndiricilərin sazlanması. Gərginliyi 1000 V-a qədər olan qurğularda gərginliyin kəsilməsi və 1000 V-dan yuxarı olan qurğularda yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında işlərin yerinə yetirilməsi.

5-ci dərəcə üzrə - Daha mürəkkəb qoşulma sxemli güc və işıqlandırıcı qurğulara xidmət. Təkrar kommutasiya və sadə rele müdafiəsi sxeminin sökülməsi və yığılması. Yarımstansiya, transformatorlu yarımstansiyalarda nəzarət-ölçü cihazlarının və ölçü transformatorlarının dəyişdirilməsi. Axın xəttinə birləşdirilmiş elektrik avadanlığı, maşın və aqreqat sxeminə xidmət. Yarımstansiyaların elektrotexniki avadanlıqlarının və texnoloji maşınlarının avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və quruluşunun yoxlanılması və nasazlıqların aradan qaldırılması. Axınlı nəqledici texnoloji xətlərin avtomatik idarə edilməsinin elektrik sxeminə xidmət edilməsi. Elektron sxemli idarəetmə qaynaq avadanlıqlarına, həmçinin yüksək tezlikli lampalı generatorlara xidmət. Əlaqələndirici releionlu və elektromaqnit xətlərinin işinə xidmət və nasazlıqların aradan qaldırılması. Elektromaqnitlə idarə olunan dəzgah və aqreqatların elektrik avadanlıqlarına xidmət. 1000 V-dan yuxarı olan gərginliyi kəsməməklə paylayıcı qurğularda işlərin yerinə yetirilməsi. Müxtəlif rejim və yükləmələrdə "kosinus-fi"nin yaxşılaşdırılması üzrə hesabatların aparılması ilə tədbirlərin işlənib hazırlanması. Gücü 1000 kVt-dan yuxarı olan yüksək tezlikli qurğuların və civəli bərk düzləndiricilərin sazlanması. Texnoloji avadanlıqlarda relelərin mürəkkəb komando-aparat qeydiyyatlarının sazlanması.

6-cı dərəcə üzrə - İlkin və təkrar kommutasiya və distansion idarə sxemləri üzrə sex və istehsalat sahələrinə xidmət. Təkrar kommutasiya və mürəkkəb rele müdafiəsi sxeminin difaza, distansiya, ehtiyatların avtomatik işə salınma sxeminin sökülməsi və yığılması. Məsuliyyətli və xüsusən mürəkkəb avtomat xətlərin eksperimental sxeminin sazlanması, tənzimlənməsi və təmiri. Özüyazan elektrik və elektron cihazlarının tənzimlənməsi, sazlanması və onlara xidmət. İqnitronlu qaynaq aparatlarının, həmçinin ultrasəs, elektron və elektroimpuls qurğularının sazlanması və onlara xidmət. Elektrik mühərriklərinin, elektrik aparatları və transformatorların kompleks sınağı. Tranzistor və nəzəri elementlərdə yarımkeçirici qurğuların sazlanması və ona xidmət.

Tələblər

Bu sahədə təürbəsinin olması.

Vakansiya haqqında

Son tarix

November 21, 2026

Paylaşılıb

October 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı