Azərpambıq ASK MMC

Əmtəəşünas

13-12-2024

99

Bağlanılıb

Təsvir

Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir. Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənilməsinə nəzarət edir. Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Müəssisə, idarə və təşkilatlarda texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, xammalın, materialın, yanacağın, enerjinin, avadanlığın və hazır məhsulun nəql edilməsi üzrə standartların işlənib hazırlanması və tətbiqində iştirak edir. Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır. İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür. Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir.


Tələblər

 Müvafiq sahə üzrə orta ixtisas təhsili və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;

MS Windows, MS Office, I C 8.3, İnternet və s. biliklər.


Vakansiya haqqında

Son tarix

yanvar 22, 2025

Paylaşılıb

dekabr 13, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə