Azərpambıq ASK MMC

Əmtəəşünas II zona

Bu gün

130

Təsvir

Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir.Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır. İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür. Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir.


Tələblər

Namizədə tələblər:

  • Yaş:30-45
  • Təhsili: Ali təhsil
  • Sahə üzrə iş təcrübəsi: ən azı 1 il
  • Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, 1C və s.)
  • Xam pambığın qəbulunda və saxlanılmasında istifadə olunan normativ texniki səndləri bilməsi vacibdir.
  • İş yerinə yaxınlıqda yaşayanlara üstünlük verilir

Vakansiya haqqında

Son tarix

March 15, 2026

Paylaşılıb

fevral 13, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı