Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
İmişli PİTM filialında GPS operatoru

İmişli PİTM filialında GPS operatoru

Dünən

127

Təsvir

  • Traktorların, kombaynların və digər texnikalarının gündəlik işlərinin ölçülməsini və hərəkətinə nəzarəti həyata keçirir;
  • Traktorların, kombaynların və digər texnikalarının fermerlərlə bağlanılmış müqavilələrinə əsasən müəyyən olunmuş sahələrdə aqrotexniki xidmətlərin göstərilməsinə nəzarət edir;
  • Xam-pambığın daşınması zamanı daşınma texnikalarının hərəkətinə nəzarət edir;
  • Kənd-təsərrüfatlı texnikalarının hərəkətlərində, iş həcmlərində, kənar sahələrdə müxtəlif xidmətlərin göstərilməsi və digər kənarlaşma faktlarının aşkar edildiyi halda “Azərpambıq ASK” MMC-nin funksional tabeçiliyi olan strukturuna və filial rəhbərliyinə dərhal məlumat verir;
  • Fermerlərin pambıq sahələrində aqrotexniki xidmətlərin göstərilməsinə dair tərtib edilmiş müvafiq sənədlərini yoxlayır;
  • Fermerlərin sahələrindən yığılan xam-pambığın filiala təhvil verilməsinə və müvafiq sənədləşdirilməsinə nəzarət işlərini həyata keçirir;
  • “Azərpambıq ASK” MMC-nin funksional tabeçiliyi olan strukturunun digər tapşırıqları yerinə yetirir.

Tələblər

  • MS Office, 1C 8.3, Excel s. biliklər;
  • Ünsiyyət və qərar qəbuletmə bacarıqları, kollektivdə işləmək qabiliyyəti olmalıdır;
  • Vəzifə səlahiyyətləri çərçivəsində idarəetmə və həll etmə bacarıqları olmalıdır;
  • Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etməyi bilməlidir.

 

Vakansiya haqqında

Son tarix

noyabr 9, 2024

Paylaşılıb

sentyabr 30, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə