Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
İnformasiya texnologiyaları şöbəsinin müdiri

İnformasiya texnologiyaları şöbəsinin müdiri

Bu gün

45

Təsvir

  • Müəssisənin server, şəbəkə, kompüter və digər İT infrastrukturunun fəaliyyətini təşkil edir.
  • müəssisənin müxtəlif struktur bölmələri və filialları arasında təhlükəsiz məlumat mübadiləsinin təşkilinə nəzarət edir;
  • müəssisənin müxtəlif struktur bölmələri və filialları arasında təhlükəsiz məlumat mübadiləsinin təşkilinə nəzarət edir;
  • İT avadanlıqlarının inventar uçotunun aparılmasını və onların həyat dövrünün idarə edilməsini təmin edir.
  • Fiziki və virtual serverlərin fasiləsiz fəaliyyətinə nəzarət edir;
  • Windows və Linux əsaslı server sistemlərinin idarə edilməsini təşkil edir;
  • korporativ elektron poçt, fayl serverləri, verilənlər bazaları və digər xidmətlərin dayanıqlı fəaliyyətini təmin edir;
  • server və sistem yeniləmələrinin planlaşdırılmasını və təhlükəsiz şəkildə həyata keçirilməsini təşkil edir;
  • sistem resurslarının istifadəsini və performansını mütəmadi təhlil edir;
  • kritik sistemlər üzrə nasazlıqların operativ aradan qaldırılmasını təmin edir.
  • Müəssisənin informasiya təhlükəsizliyi siyasətinin hazırlanmasını və tətbiqini təşkil edir;
  • informasiya sistemlərinə giriş hüquqlarının rol və vəzifələrə uyğun idarə edilməsini təmin edir;
  • informasiya sistemlərinə giriş hüquqlarının rol və vəzifələrə uyğun idarə edilməsini təmin edir;
  • istifadəçi hesablarının yaradılması, dəyişdirilməsi və ləğv edilməsi proseslərinə nəzarət edir;
  • antivirus, endpoint protection, firewall, e-mail security və digər təhlükəsizlik həllərinin tətbiqinə və fəaliyyətinə nəzarət edir;
  • ERP, HR, maliyyə, anbar, satınalma, istehsal və digər korporativ informasiya sistemlərinin texniki fəaliyyətinə nəzarət edir;
  • İT Help Desk/User Support fəaliyyətinin təşkilinə və xidmət keyfiyyətinə nəzarət edir;
  • istifadəçilər tərəfindən daxil olan İT müraciətlərinin prioritetləşdirilməsini və vaxtında həllini təmin edir;
  • İT avadanlığı, proqram təminatı və xidmətlərin satın alınması üçün texniki tələblər və spesifikasiyalar hazırlayır;
  • İT təchizatçıları və xidmət göstərən şirkətlərlə texniki danışıqlar aparır;
  • İT şöbəsinin gündəlik fəaliyyətini planlaşdırır və idarə edir;
  • İT satınalmaları üzrə texniki cəhətdən optimal və iqtisadi cəhətdən əsaslandırılmış həllərin seçilməsi üçün təkliflər verir.



Tələblər

İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, telekommunikasiya və ya uyğun istiqamət üzrə ali təhsil.

İT sahəsində minimum 5 il, komanda və ya İT strukturunun idarə olunması üzrə rəhbər vəzifədə iş təcrübəsi.

Üstünlük hesab edilən sertifikatlar:

Microsoft, Cisco və informasiya təhlükəsizliyi istiqaməti üzrə beynəlxalq sertifikatlar.


Vakansiya haqqında

Son tarix

October 31, 2026

Paylaşılıb

oktyabr 1, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik