Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Maliyyə və uçot şöbəsinin müdiri (Maliyyə Meneceri)

Maliyyə və uçot şöbəsinin müdiri (Maliyyə Meneceri)

06-05-2025

335

Təsvir

  • Müəssisənin aylıq, rüblük, illik maliyyə hesabatlarının (Mənfəət və ya zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) və idarəetmə hesabatlarının hazırlanması işinin təşkili;
  • Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarların qəbul edilməsi üçün təkliflərin verilməsi;
  • Müəssisənin illik büdcəsinin tərtib olunması və onun icrasına nəzarət, o cümlədən, aylıq, rüblük və illik əsasda büdcə-fakt hesabatlarının hazırlanması işinin təşkili;
  • Daxili və xarici auditorlarla koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsi;
  • Xarici audit prosesinin tam koordinasiya edilməsi;
  • Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin təhlilinin həyata keçirilməsi işinin təşkili;
  • Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Ay və il bağlantılarına nəzarət edilməsi, çatışmazlıqların vaxtında aradan qaldırılması;
  • Mühasibat uçotunun standartlara uyğun olaraq təşkil olunmasını koordinasiya edilməsi;
  • Müəssisənin iqtisadi göstəriciləri ilə başqa müəssisələrin göstəricilərinin müqayisəli təhlilinin aparılması, müəssisənin maliyyə göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanması;
  • Müəssisənin iqtisadi fəaliyyətinin yekunları barədə hesabatların yuxarı təşkilatlara vaxtında verilməsinə nəzarət;
  • Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.



Tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Maliyyə və mühasibatlığa dair yerli qanunvericiliyin tələblərinə dair müfəssəl biliklər;
  • Maliyyə uçotunun beynəlxalq standartlarına dair müfəssəl biliklər;
  • 1C 8.3 ERP proqramında işləmək bacarığı;
  • MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
  • Liderlik, komanda ilə işləmə, ünsiyyət və təqdimetmə bacarıqları;
  • Son tarixlərlə işləmə, çevik qərar-vermə və problem həll etmə bacarıqları;
  • Aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığı;
  • Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;
  • Beynəlxalq səviyyəli sertifikatların (CFA, ACCA, CIMA) olması arzuolunandır.


Vakansiya haqqında

Son tarix

June 15, 2025

Paylaşılıb

may 6, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə