Filialın iş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar edir.
İş yerində baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edir.
Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında Filialın struktur bölmələrinə köməklik göstərir.
İş yerində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir.
Filialın müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqlarının və ya əmək kollektivlərinin vəkil (etibarlı) etdikləri şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak edir.
Filialın və müvafiq bölmələrinin rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi üzrə təlimatların hazırlanması, peşələrin və iş növlərinin siyahısının tərtib edir.
Filialın bölmə rəhbərlərinin işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi standartlarının müəssisə standartlarının hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərir. Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlayır və təlimat keçir.
Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərir.
Filialın bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil edir, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərir.
Müvafiq müddətə və müəyyən edilmiş formada əməyin mühafizəsi üzrə hesabat hazırlayır.
Tələblər
Müvafiq sahə üzrə ali ixtisas təhsili və istehsalatda 1 ildən az olmayaraq iş stajı;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilmək;
MS Windows, MS Office, İnternet və s. üzrə biliklər.
İş rejimi: 6 gün
Həftədə 40 saat
İş yeri İmişli rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.