Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Şirvan PEZ filialında böyük mühasib

Şirvan PEZ filialında böyük mühasib

Bu gün

21

Təsvir

  • Müəssisənin təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və mühasibat uçotu registrlərində düzgün əks etdirilməsini təmin edir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir;
  • İlkin mühasibat sənədlərini qəbul edir, yoxlayır, müvafiq uçot sahələri üzrə sistemləşdirir və emal üçün hazırlayır;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir;
  • Məhsulun, işlərin və xidmətlərin maya dəyərinin hesablanmasını və kalkulyasiyasının tərtib edilməsini həyata keçirir;
  • Əməkhaqqı hesablamaları, dövlət büdcəsinə ödənişlər, məcburi dövlət sosial sığorta haqları və digər icbari ödənişlər üzrə müvafiq hesablamaları və uçot əməliyyatlarını aparır;
  • Maliyyə, vergi və digər hesabatların hazırlanması üçün zəruri məlumatları toplayır, sistemləşdirir və müvafiq hesabatların tərtibində iştirak edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əməkhaqqı fondunun istifadəsinin, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin inventarlaşdırılmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılmasına, habelə Cəmiyyətin struktur bölmələrində sənədli təftiş qaydalarına riayət olunmasına nəzarət edir;
  • Pul vəsaitlərinin və mal-material qiymətlilərinin çatışmazlığı və mənimsənilməsi halları ilə bağlı sənədlərin tərtibində iştirak edir, zəruri hallarda müvafiq materialların hüquq-mühafizə orqanlarına təqdim edilməsinə nəzarət edir;
  • Ştat, maliyyə və kassa intizamına ciddi riayət olunmasını, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balansından silinməsi ilə bağlı işlərin həyata keçirilməsini təmin edir;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsi üzrə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət edir;
  • Mühasibat uçotu, nəzarət, hesabat və iqtisadi təhlil məsələləri üzrə Cəmiyyətin struktur bölmələrinin işçilərinə rəhbərlik edir;

Tələblər

  • Təhsil: Mühasibat uçotu sahəsi üzrə ali təhsil;
  • İş təcrübəsi: Maliyyə-mühasibat sahəsi üzrə 5 ildən az olmayaraq iş stajı;
  • Kompüter bilikləri: MS Windows, MS Office, 1C 8.3, İnternet və s. biliklər;

Vakansiya haqqında

Son tarix

November 11, 2026

Paylaşılıb

oktyabr 12, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə