Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Şirvan PEZ filialında dispetçer

Şirvan PEZ filialında dispetçer

Dünən

31

Təsvir

  • İstehsalat, təqvim planına və növbə-gün tapşırıqlarına uyğun olaraq, müəssisə, idarə və təşkilatlarda və ya onların bölmələrində istehsalın gedişini və əsas fəaliyyətinin digər növlərini operativ tənzimləyir;
  • Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin lazımı material, konstruksiya, komplektləşdirmə məhsulları və eləcə də nəqliyyatla, yükləmə-boşaltma vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • İstehsalın gedişinə, istehsalat gücündən tam istifadə olunmasına, istehsalın ritmik hərəkətinə, hazır məhsulun təhvil verilməsinə, işin (xidmətin) yerinə yetirilməsinə, qrafikdə nəzərdə tutulan anbar və yükləmə-boşaltma əməliyyatlarının təmin edilməsinə nəzarəti həyata keçirir;
  • Sahələrdə və sexlərdə müəyyən olunmuş artıq məhsulların normasına, buraxılış normalarına və onların verilmə müddətinə riayət edilməsini təmin edir;
  • Lazım olduqda müəssisə, idarə, təşkilatların müvafiq xidmətlərini cəlb etməklə istehsalatın gedişində pozuntuların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür;
  • Texnoloji avadanlıqların tam, ahəngdar işləməsi, məhsulun istehsalına sərf olunan müddətin ixtisar edilməsi üçün istehsalat ehtiyatlarını üzə çıxarır;
  • İstehsalatın operativ idarə olunması üçün texniki vasitələrdən səmərəli istifadə edilməsini təmin edir;
  • Dispetçer jurnalını aparır, istehsalın gedişi haqqında hesabat raportlarını və digər texniki sənədləri tərtib edir;
  • Müəssisə, idarə və təşkilatların bölmələrinin fəaliyyətinin təhlil və qiymətləndirilməsində, daxili istehsalat ehtiyatlarının aşkara çıxarılmasında iştirak edir;
  • Dispetçer xidməti operatorlarının işinə rəhbərlik edir;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;


Tələblər

  • Ali təhsil;
  • Nəqliyyat vasitəsinin texniki xarakteristikasını bilməli; 
  • Texnikanın istismarı normativini bilməli; 
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli; 
  • Məsuliyyətli, diqqətcil, operativ olmalı;
  • MS Windows, MS Office, İnternet və s. biliklər;
  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat

Vakansiya haqqında

Son tarix

October 21, 2026

Paylaşılıb

sentyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat