Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi;
Yüklərin xarici görünüşünə və qablaşdırılmasının düzgünlüyünə baxış keçirilməsi;
Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi;
Çəkilmiş yüklərin uçotunun aparılması;
Tərəzilərin düzgün çəkilməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət edilməsi;
Peşəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər
Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini bilməli;
Xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini bilməli;
Tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını, çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini bilməli;
Çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilməli;
Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
Orta-ixtisas təhsilli və MS office proqramlarınında işləmək bacarığı olmalıdır.