AzəriMed MMC
Ana səhifə
/
/
/
Gömrük Bəyannaməçisi

Gömrük Bəyannaməçisi

07-10-2026

1.1K

Təsvir

Vəzifə Öhdəlikləri:

·      Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemə daxil edilməsi;

·      İdxal və ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;

·      Gömrük sənədlərinin düzgünlüyünün yoxlanılması və tələb olunan sənədlərin hazırlanması;

·      Gömrük orqanları ilə yazışmaların və zəruri prosedurların həyata keçirilməsi;

·      Gömrük qanunvericiliyinə və mövcud prosedurlara uyğun olaraq sənədləşmənin aparılması;

·      İş prosesində yaranan məsələlərin araşdırılması və həllinin təmin olunması.

İş şəraiti:

·      Əmək haqqı: 1035-1120 AZN

·      Əmək haqqının məbləği namizədin iş təcrübəsi və peşəkar biliklərinə əsasən müəyyən edilir;

·      Peşəkar inkişaf və karyera imkanları.

Tələblər

·      Gömrük rəsmiləşdirilməsi və bəyannamələrin hazırlanması sahəsində iş təcrübəsi;

·      Gömrük qanunvericiliyi və rəsmiləşdirmə prosedurları barədə məlumatlılıq;

·      Bəyannamələrin hazırlanması və təqdim edilməsi üzrə praktiki biliklər;

·      MS Office proqramlarında işləmək bacarığı;

·      Diqqətli, məsuliyyətli və operativ işləmək bacarığı;

·      Sənədlərlə işləmə və analitik düşünmə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

October 31, 2026

Paylaşılıb

oktyabr 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat