AzəriMed QSC
Ana səhifə
/
/
/
Məhsul üzrə menecer (Product manager)

Məhsul üzrə menecer (Product manager)

Bu gün

154

Təsvir

Vəzifə öhdəlikləri:

·      Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;

·      Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;

·      Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;

·      Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması

·      Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;

·      Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması.


İş şəraiti:

·      Əmək haqqı: 1800-2000 AZN + Bonus sistemi mövcuddur

·      İş qrafiki: I-V günlər 09:00-18:00

Tələblər

·      Yaş: 25-45;

·      Tibb üzrə ali təhsil;

·      Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

·      Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;

·      Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;

·      Komandada işləmə bacarığı;

·      Peşəkar ünsiyyət qurma bacarığı;

·      İnkişafa və öyrənməyə meyilli;

·      MS Office proqramları ilə işləmə bacarığı;

·      Analitik təfəkkür;

·      İşində dəqiq və məsuliyyətli;

·      Yüksək səviyyədə təqdimat bacarığı.

Vakansiya haqqında

Son tarix

October 1, 2025

Paylaşılıb

sentyabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə