AzəriMed MMC
Ana səhifə
/
/
/
Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis

Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis

Bu gün

742

Təsvir

Vəzifə öhdəlikləri:

  • Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
  • Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
  • İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
  • Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
  • Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
  • Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.

Tələblər

  • Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
  • MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
  • İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
  • AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
  • Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
  • Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
  • Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
  • İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.

Vakansiya haqqında

Son tarix

July 8, 2026

Paylaşılıb

iyun 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə