Azərpoçt MMC
Ana səhifə
/
/
/
Əməliyyatçı ( Xəzinədar )

Əməliyyatçı ( Xəzinədar )

Bu gün

50

Təsvir


  • Müəyyən edilmiş qaydalara uyğun olaraq nağd pul vəsaitlərinin qəbulunu, verilməsini və hesablanmasını həyata keçirmək.
  • Poçt-maliyyə xidmətləri çərçivəsində həyata keçirilən pul köçürmələri, ödənişlər və digər kassa əməliyyatlarını müvafiq prosedurlara uyğun icra etmək.
  • Müvafiq səlahiyyətlər və daxili prosedurlar çərçivəsində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək.
  • Kassa əməliyyatlarını müvafiq informasiya sistemində qeydiyyata almaq və əməliyyat məlumatlarının düzgünlüyünü təmin etmək.
  • Kassa əməliyyatları üzrə mədaxil və məxaric sənədlərini düzgün rəsmiləşdirmək, müvafiq qeydləri aparmaq və hesabatları hazırlamaq.
  • İş günü ərzində kassa qalığına nəzarət etmək, günün sonunda faktiki və sistem üzrə qalıqların uyğunluğunu yoxlamaq.
  • Nağd pul vəsaitlərinin təhlükəsiz saxlanılmasını, kassa intizamına və müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Müştərilərə göstərilən xidmətlər və əməliyyatların icra qaydaları barədə düzgün məlumat vermək, müraciətləri nəzakətlə cavablandırmaq.
  • Əməliyyatlar zamanı yaranan uyğunsuzluqlar, səhvlər və şübhəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək.
  • Müştəri məlumatlarının məxfiliyini qorumaq, daxili qaydalara və qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etmək.


Tələblər

·        Ali və ya orta ixtisas təhsili. Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və bank işi üzrə təhsilə üstünlük verilir.

·        Kassir, xəzinədar, bank əməliyyatları və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır.

·        Nağd pul vəsaitlərinin hesablanması, kassa əməliyyatları və müvafiq sənədləşmə üzrə ilkin biliklər.

·        Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı.

·        Riyazi hesablamaları düzgün və operativ aparmaq bacarığı.

·        Kompüter və ofis proqramlarından, xüsusilə MS Excel-dən istifadə bacarığı.

·        Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi.

·        Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı.

·        Məxfilik, dürüstlük və daxili prosedurlara riayət etmək prinsiplərinə sadiqlik.

Vakansiya haqqında

Son tarix

October 23, 2026

Paylaşılıb

oktyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat