Azərpoçt MMC
Ana səhifə
/
/
/
İT texniki dəstək üzrə Mühəndis (Lənkəran)

İT texniki dəstək üzrə Mühəndis (Lənkəran)

Bu gün

90

Təsvir

  • İstifadəçilərin texniki müraciətlərinə cavab vermək, problemləri məsafədən və ya yerində aradan qaldırmaq;
  • Kompüter avadanlıqlarının ilkin diaqnostikası və nasazlıqların aradan qaldırılması;
  • Əməliyyat sistemlərinin (Windows və s.) quraşdırılması, sazlanması və bərpası;
  • Ofis proqram təminatının (MS Office və s.) quraşdırılması və istifadəçilərə dəstək;
  • İstifadəçilər üçün tətbiqi proqram təminatının quraşdırılması, sazlanması və yenilənməsi;
  • Şəbəkə bağlantısının yoxlanılması, nasazlıqların aşkar edilməsi və aradan qaldırılması;
  • Şəbəkə avadanlıqlarının (router, modem) ilkin konfiqurasiyaların edilməsi və quraşdırılması;
  • Antivirus sistemlərinin quraşdırılması və yenilənməsi;
  • Printer, skaner və digər periferiya avadanlıqları ilə bağlı texniki dəstək göstərilməsi;
  • Yeni iş yerlərinin hazırlanması və avadanlıqların quraşdırılması;
  • HelpDesk/ServiceDesk sistemində texniki sorğuların (ticket-lərin) qeydiyyatı, prioritetləşdirilməsi, idarə olunması və mərhələli həlli;
  • Müxtəlif proqram təminatları üzrə istifadəçi dəstəyi göstərilməsi və təlimatlandırma;
  • Texniki avadanlıqların və proqram təminatlarının uçotunun aparılması;
  • Texniki layihələrin həyata keçirilməsində iştirak (məsələn, yeni ofis açılışı, texniki modernizasiya və s.);
  • Mövcud sistemlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və onların yerinə yetirilməsində iştirak;
  • Strukturlaşdırılmış kabel sistemində ilkin diaqnostikanın aparılması, kabel xətlərinin test edilməsi;
  • RJ-45 konnektorlarının crimping və montajı;
  • Texniki sənədləşmənin və konfiqurasiya sxemlərinin aparılması, yenilənməsi və müntəzəm saxlanılması;
  • Tətbiqi proqram təminatının (yerli proqramlar daxil olmaqla) quraşdırılması və konfiqurasiya edilməsi.


Tələblər

  • Ali təhsil (İT sahəsində üstünlük verilir);
  • Texniki sənədlərlə işləmə bacarığı;
  • Texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi;
  • Kompüter, printer, şəbəkə avadanlıqları və proqram təminatı ilə işləmə bacarığı;
  • Windows əməliyyat sistemləri və ofis proqramları üzrə biliklər;
  • LAN şəbəkələri üzrə ilkin anlayışların və troubleshooting bacarıqlarının olması;
  • Active Directory və domen mühitində iş təcrübəsi arzuolunandır;
  • Şəbəkə kabellərinin montajı və diaqnostikası üzrə praktiki bacarıqlar (crimping, test device ilə yoxlama);
  • Ünsiyyət qurma, stressə davamlılıq və komanda ilə işləmək bacarığı.
  • Zəruri hallarda digər filiallara getmək imkanı.


Vakansiya haqqında

Son tarix

November 18, 2025

Paylaşılıb

oktyabr 9, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik