Müəssisənin maliyyə əməliyyatlarının ƏL/TMM qanunvericiliyinə uyğunluğunun monitorinqi və təhlilini həyata keçirmək;
ƏL/TMM tələblərinə əsasən şübhəli əməliyyatları identifikasiya etmək, araşdırmaq və müvafiq hesabatları hazırlamaq;
Müştərilərin tanınması (KYC) və əməliyyatların monitorinqi proseslərində iştirak etmək;
ƏL/TMM tələblərinə əsasən əməliyyatlar üzrə risk göstəricilərinin (red flag indicators) tətbiqi və izlənməsini təmin etmək;
Maliyyə Monitorinqi Xidmətinə və digər dövlət qurumlarına təqdim olunacaq hesabatları hazırlamaq və vaxtında təqdim edilməsini təmin etmək;
ƏL/TMM üzrə daxili qaydaların, prosedurların və nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək;
Əməkdaşların ƏL/TMM tələbləri üzrə maarifləndirilməsi prosesində dəstək göstərmək;
Maliyyə monitorinqi və uyğunluq fəaliyyəti çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Hüquq və ya əlaqəli sahələr);
Minimum 3 il maliyyə əməliyyatları, audit, compliance və ya ƏL/TMM sahəsində təcrübə;
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun və əlaqəli normativ aktlar üzrə biliklər;
Maliyyə əməliyyatlarının analizi, sənədləşdirilməsi və hesabat hazırlanması bacarıqları;
MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı; analitik proqramlarla işləmək bacarığı üstünlükdür;
Yüksək diqqətlilik, məsuliyyət və məxfilik prinsiplərinə ciddi riayət etmək;
Azərbaycan, ingilis dilində sərbəst yazı və danışıq; rus dili bilikləri üstünlükdür;
Komandada işləmə, analitik düşünmə və operativ qərarvermə bacarığı.