Azərpoçt MMC
Ana səhifə
/
/
/
Müştəri müraciətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Müştəri müraciətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Dünən

508

Təsvir

·          Müştəri şikayətlərini qəbul etmək və qeydiyyata almaq;

·          Ticketing sistemində bütün məlumatları düzgün və dəqiq şəkildə qeydə almaq;

·          Şikayətləri aidiyyəti strukturlara yönləndirmək və nəticəsini izləmək;

·          Müştərilərə vaxtında, etik və aydın cavablar təqdim etmək;

·          Şikayətləri kateqoriyalaşdırmaq və təhlil etmək;

·          Şikayətlərin əsas səbəblərini müəyyən edərək rəhbərliyə hesabatlar təqdim etmək;

·          Müştəri məmnuniyyətini artırmaq üçün operativ və effektiv yanaşma göstərmək;

·          Aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək şikayətlərin həllinə dəstək olmaq;

·          Periodik olaraq statistik təhlillər və şikayət trendləri üzrə hesabatlar təqdim etmək;

·          Şirkətin xidmət keyfiyyəti standartlarına uyğun fəaliyyət göstərmək.

Tələblər

·          Ali təhsil;

·          Şikayətlərin idarə olunması, ticketing sistemləri sahəsində azı 1-2 il iş təcrübəsi (şikayətlərin analizi və cavablandırılması üzrə təcrübəyə üstünlük verilir);

·          CRM sistemləri və ya helpdesk/ticketing sistemləri ilə iş təcrübəsi;

·          Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək;

·          Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti (İngilis dilini bilmək üstünlükdür);

·          Yüksək ünsiyyət bacarığı;

·           Analitik düşüncə;

·          Sürətli öyrənmə və dəyişikliklərə uyğunlaşma

·          Diqqətli və sistemli işləmə bacarığı

·          Müştəri yönümlü düşüncə və problemlərin həllində çeviklik.

Vakansiya haqqında

Son tarix

November 18, 2025

Paylaşılıb

oktyabr 9, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Satış və müştəri xidmətləri