Azərpoçt MMC
Ana səhifə
/
/
/
Müştəri müraciətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Müştəri müraciətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Bu gün

11

Təsvir

Müştəri şikayətlərini qəbul etmək və qeydiyyata almaq;

Ticketing sistemində bütün məlumatları düzgün və dəqiq şəkildə qeydə almaq;

Şikayətləri aidiyyəti strukturlara yönləndirmək və nəticəsini izləmək;

Müştərilərə vaxtında, etik və aydın cavablar təqdim etmək;

Şikayətləri kateqoriyalaşdırmaq və təhlil etmək;

Şikayətlərin əsas səbəblərini müəyyən edərək rəhbərliyə hesabatlar təqdim etmək;

Müştəri məmnuniyyətini artırmaq üçün operativ və effektiv yanaşma göstərmək;

Aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək şikayətlərin həllinə dəstək olmaq;

Periodik olaraq statistik təhlillər və şikayət trendləri üzrə hesabatlar təqdim etmək;

Şirkətin xidmət keyfiyyəti standartlarına uyğun fəaliyyət göstərmək.

Tələblər

Ali təhsil;

Şikayətlərin idarə olunması, ticketing sistemləri sahəsində azı 1-2 il iş təcrübəsi (şikayətlərin analizi və cavablandırılması üzrə təcrübəyə üstünlük verilir);

CRM sistemləri və ya helpdesk/ticketing sistemləri ilə iş təcrübəsi;

Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək;

Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti (İngilis dilini bilmək üstünlükdür);

Yüksək ünsiyyət bacarığı;

 Analitik düşüncə;

Sürətli öyrənmə və dəyişikliklərə uyğunlaşma

Diqqətli və sistemli işləmə bacarığı

Müştəri yönümlü düşüncə və problemlərin həllində çeviklik.

Vakansiya haqqında

Son tarix

May 1, 2026

Paylaşılıb

aprel 1, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Satış və müştəri xidmətləri

İmtiyazlar

  • Könüllü tibbi sığorta ilə təmin edilmə