Azərpoçt MMC
Ana səhifə
/
/
/
Risklərin İdarə Edilməsi-Maliyyə Monitorinq şöbəsinin baş mütəxəssisi

Risklərin İdarə Edilməsi-Maliyyə Monitorinq şöbəsinin baş mütəxəssisi

Bu gün

180

Təsvir

  • Müəssisənin maliyyə əməliyyatlarının ƏL/TMM qanunvericiliyinə uyğunluğunun monitorinqi və təhlilini həyata keçirmək;
  • ƏL/TMM tələblərinə əsasən şübhəli əməliyyatları identifikasiya etmək, araşdırmaq və müvafiq hesabatları hazırlamaq;
  • Müştərilərin tanınması (KYC) və əməliyyatların monitorinqi proseslərində iştirak etmək;
  • ƏL/TMM tələblərinə əsasən əməliyyatlar üzrə risk göstəricilərinin (red flag indicators) tətbiqi və izlənməsini təmin etmək;
  • Maliyyə Monitorinqi Xidmətinə və digər dövlət qurumlarına təqdim olunacaq hesabatları hazırlamaq və vaxtında təqdim edilməsini təmin etmək;
  • ƏL/TMM üzrə daxili qaydaların, prosedurların və nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək;
  • Əməkdaşların ƏL/TMM tələbləri üzrə maarifləndirilməsi prosesində dəstək göstərmək;
  • Maliyyə monitorinqi və uyğunluq fəaliyyəti çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Hüquq və ya əlaqəli sahələr);
  • Minimum 3 il maliyyə əməliyyatları, audit, compliance və ya ƏL/TMM sahəsində təcrübə;
  • “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun və əlaqəli normativ aktlar üzrə biliklər;
  • Maliyyə əməliyyatlarının analizi, sənədləşdirilməsi və hesabat hazırlanması bacarıqları;
  • MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı; analitik proqramlarla işləmək bacarığı üstünlükdür;
  • Yüksək diqqətlilik, məsuliyyət və məxfilik prinsiplərinə ciddi riayət etmək;
  • Azərbaycan, ingilis dilində sərbəst yazı və danışıq; rus dili bilikləri üstünlükdür;
  • Komandada işləmə, analitik düşünmə və operativ qərarvermə bacarığı.

Vakansiya haqqında

Son tarix

November 10, 2025

Paylaşılıb

oktyabr 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə