Azərpoçt MMC
Ana səhifə
/
/
/
Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Bu gün

151

Təsvir

  • Müəssisə üzrə əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və risklərin azaldılması üzrə təkliflərin hazırlanması;
  • Risk nəzarət və özünü qiymətləndirmə (RCSA) proseslərinin təşkili, nəticələrinin təhlili və risklərin idarə olunmasına dair təkmilləşdirmə tövsiyələrinin verilməsi;
  • Risk nəzarət matrisinin aparılması, dövri yenilənməsi və təkmilləşdirilməsi;
  • Əməliyyat insidentlərinin qeydiyyata alınması, təhlili və onların qarşısının alınması məqsədilə korrektiv tədbirlərin hazırlanması və icrasına nəzarət;
  • Daxili normativ sənədlərin, yeni proses və məhsulların əməliyyat riski baxımından qiymətləndirilməsi, rəy və tövsiyələrin hazırlanması;
  • Zəruri hallarda stress-test və ssenari analizlərinin aparılması, nəticələr əsasında risklərin idarə edilməsi üzrə təkliflərin verilməsi;
  • Risklərin idarə edilməsinə dair hesabatların hazırlanması, rəhbərliyə təqdim olunması və müzakirələrdə iştirak edilməsi;
  • Əməliyyat risklərinin idarə olunması sahəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, audit, risklərin idarə edilməsi və ya əlaqədar sahələr üzrə);
  • Minimum 3 il iş təcrübəsi (risklərin idarə olunması, daxili audit, uyğunluq və ya əlaqədar sahələrdə təcrübə üstünlükdür);
  • Əməliyyat risklərinin idarə olunması prinsipləri, RCSA, risk matrisi və insident idarəetməsi üzrə biliklər;
  • Analitik təfəkkür, yüksək diqqətlilik və problem həll etmə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı, rəyvermə və hesabat hazırlama təcrübəsi;
  • MS Office proqramlarını (xüsusilə Excel və PowerPoint) yaxşı səviyyədə bilmək;
  • İngilis və rus dillərini bilmək üstünlükdür.


Vakansiya haqqında

Son tarix

November 10, 2025

Paylaşılıb

oktyabr 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə