Satınalma proseslərinin Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu, NK qərarları və AZCON daxili Satınalma Qaydalarına uyğun icra edilməsi;
İllik satınalma planının hazırlanmasında iştirak etmək, satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlanması;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması və təhlil olunması;
Satınalma komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Tələblər
Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə)
İş təcrübəsi: müvafiq sahədə minimum 2 il;
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və etender.gov.az portalı üzrə biliklər;
Analitik düşüncə və strategik planlaşdırma;
İngilis dili və ya rus dili bilikləri (əlavə üstünlük).