Azərpoçt MMC
Ana səhifə
/
/
/
Sistemlərin idarə olunması şöbəsinin rəhbəri - Baş Sistem administratoru

Sistemlərin idarə olunması şöbəsinin rəhbəri - Baş Sistem administratoru

Bu gün

141

Təsvir

  • Fiziki və virtual server infrastrukturunun (VMware, Hyper-V və s.) fasiləsiz işləməsinin təmin edilməsi, sazlanması, optimallaşdırılması və genişləndirilməsi;
  • SAN və digər saxlama sistemlərinin idarə olunması, performansın qorunması;
  • Windows Server xidmətlərinin (AD, DNS, DHCP, GPO, Exchange, IIS və s.) idarə edilməsi, problemlərin həlli və təhlükəsizliyinin təmin olunması;
  • Linux sistemlərinin idarə edilməsi, performans və təhlükəsizlik optimallaşdırılması, yeniləmə və patch proseslərinin aparılması;
  • RDS mühitinin və FSLogix profil konteynerlərinin idarə olunması;
  • İnfrastruktur monitorinq sistemlərinin (PRTG, Zabbix, Grafana və s.) qurulması, fəaliyyət göstəricilərinin analiz edilməsi və problemlərin operativ həlli;
  • Server infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, risklərin aşkarlanması və aradan qaldırılması, ROLE-BASED giriş modellərinin sazlanması və auditi;
  • PowerShell, Bash, Python vasitəsilə skriptlərin yazılması və əməliyyatların avtomatlaşdırılması, CMS əsasında instalyasiya və konfiqurasiya proseslərinin idarə edilməsi;
  • Domain və hosting provayderləri ilə iş, vendorlarla avadanlıq nasazlıqlarının həlli, bulud provayderləri ilə inteqrasiya proseslərinə dəstək verilməsi;
  • İnfrastrukturun tam sənədləşdirilməsi, avadanlıq, lisenziya və resurs uçotunun aparılması, arxitektura və konfiqurasiya sənədlərinin aktual saxlanılması;
  • Backup sistemlərinin idarə edilməsi, bərpa planlarının hazırlanması və vaxtaşırı sınaqlardan keçirilməsi, DR prosedurlarının dəstəklənməsi;
  • Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət, tapşırıqların bölüşdürülməsi, layihələrin koordinasiyası, resurs planlaması və eskalasiya proseslərinin idarə olunması.

Tələblər

  • Bakalavriat təhsili;
  • Sistem inzibatçılığı üzrə minimum 4–5 il, rəhbər vəzifədə isə ən az 1 il təcrübə;
  • Korporativ İT infrastrukturlarının idarə edilməsi üzrə praktiki təcrübə;
  • Windows Server xidmətlərinin (AD, DNS, DHCP, GPO, Exchange, IIS və s.) idarə olunması üzrə yüksək bilik;
  • Linux (RedHat/CentOS/Ubuntu) sistemlərinin idarə edilməsi üzrə praktiki bacarıqlar;
  • Virtualizasiya platformaları (VMware, Hyper-V) ilə işləmək üzrə təcrübə;
  • Storage sistemləri (SAN/NAS) və backup texnologiyaları ilə iş təcrübəsi;
  • Şəbəkə üzrə əsas biliklər: TCP/IP, VLAN, VPN, firewall;
  • İnfrastruktur təhlükəsizliyi, hardening və patch management üzrə bilik;
  • PowerShell və Bash vasitəsilə skript yazma və avtomatlaşdırma bacarığı;
  • Backup sistemlərinin (Veeam və s.) idarə olunması və DR ssenarilərinin icrası;
  • İT layihələrinin idarəedilməsi və komanda koordinasiyası bacarığı;
  • Texniki sənədlərin hazırlanması və infrastruktur uçotunun aparılması bacarığı;
  • Vendorlar və daxili şöbələrlə effektiv kommunikasiyanın qurulması;
  • Azərbaycan dilində səlis danışıq; İngilis və/və ya rus dillərində texniki sənədləri oxuma bacarığı.

Vakansiya haqqında

Son tarix

January 14, 2026

Paylaşılıb

dekabr 5, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik

Oxşar vakansiyalar