Azərpoçt MMC
Ana səhifə
/
/
/
Texniki şöbənin mütəsəssisi

Texniki şöbənin mütəsəssisi

Bu gün

6

Təsvir

  • İstifadəçilərin texniki müraciətlərinə cavab vermək, problemləri məsafədən və ya yerində aradan qaldırmaq;
  • Kompüter avadanlıqlarının ilkin diaqnostikası və nasazlıqların aradan qaldırılması;
  • Əməliyyat sistemlərinin (Windows və s.) quraşdırılması, sazlanması və bərpası;
  • Ofis proqram təminatının (MS Office və s.) quraşdırılması və istifadəçilərə dəstək;
  • İstifadəçilər üçün tətbiqi proqram təminatının quraşdırılması, sazlanması və yenilənməsi;
  • Şəbəkə bağlantısının yoxlanılması, nasazlıqların aşkar edilməsi və aradan qaldırılması;
  • Antivirus sistemlərinin quraşdırılması və yenilənməsi;
  • Printer, skaner və digər periferiya avadanlıqları ilə bağlı texniki dəstək göstərilməsi;
  • Yeni iş yerlərinin hazırlanması və avadanlıqların quraşdırılması;
  • HelpDesk/ServiceDesk sistemində texniki sorğuların (ticket-lərin) qeydiyyatı, prioritetləşdirilməsi, idarə olunması və mərhələli həlli;
  • Müxtəlif proqram təminatları üzrə istifadəçi dəstəyi göstərilməsi və təlimatlandırma;
  • Texniki avadanlıqların və proqram təminatlarının uçotunun aparılması;
  • Kompaniyanın regionlardakı ofislərinə ezamiyyətlərdə iştirak etmək, yerində texniki xidmət göstərmək;
  • Postomatların və informasiya köşklərinin texniki baxışı və nasazlıqların aradan qaldırılması;
  • İnventarizasiyada iştirak, texniki avadanlıqların uçotu və audit dəstəyi;
  • Texniki layihələrin həyata keçirilməsində iştirak (məsələn, yeni ofis açılışı, texniki modernizasiya və s.);
  • Mövcud sistemlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və onların yerinə yetirilməsində iştirak;
  • Strukturlaşdırılmış kabel sistemində ilkin diaqnostikanın aparılması, kabel xətlərinin test edilməsi;
  • RJ-45 konnektorlarının mövcud standartlara uyğun (T568A/B) crimping və montajı;
  • Texniki sənədləşmənin və konfiqurasiya sxemlərinin aparılması, yenilənməsi və müntəzəm saxlanılması.

Tələblər

  • Ali təhsil (İT sahəsində üstünlük verilir);
  • Texniki sənədlərlə işləmə bacarığı;
  • Texniki dəstək sahəsində 1 il iş təcrübəsi;
  • Kompüter, printer, şəbəkə avadanlıqları və proqram təminatı ilə işləmə bacarığı;
  • Windows əməliyyat sistemləri və ofis proqramları üzrə biliklər;
  • LAN şəbəkələri üzrə ilkin anlayışların və troubleshooting bacarıqlarının olması;
  • Active Directory və domen mühitində iş təcrübəsi arzuolunandır;
  • Şəbəkə kabellərinin montajı və diaqnostikası üzrə praktiki bacarıqlar (crimping, test device ilə yoxlama);
  • ServiceDesk və ya HelpDesk sistemləri ilə iş təcrübəsi (ticket menecment);
  • Tətbiqi proqram təminatının (yerli proqramlar daxil olmaqla) quraşdırılması və konfiqurasiya edilməsi üzrə bacarıqlar;
  • Ezamiyyətlərə hazır olmaq, çevik qrafiklə işləmək bacarığı;
  • Rus dili, ingilis dili üzrə texniki sənədləri oxuma bacarığı üstünlükdür;
  • Ünsiyyət qurma, stressə davamlılıq və komanda ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

September 6, 2026

Paylaşılıb

avqust 7, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

700 - 800 AZN

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik