Təsvir
Əmək funksiyaları:
- Şirkətin fəaliyyəti ilə bağlı bütün hüquqi məsələlərə dair rəylərin, o cümlədən daxili korporativ və digər sənədlərin (nizamnamə, qərar, ərizə, məktub və s.) hazırlanmasında iştirak etmək;
- Müxtəlif növ müqavilələrin (Alqı-satqı, xidmət və s.) hazırlanması və onlara dair hüquqi rəyin verilməsində iştirak etmək;
- Mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanması;
- Bütün dövlət, məhkəmə və icra orqanlarında, o cümlədən hüquqi və fiziki şəxslər qarşısında Şirkəti təmsil etmək.
Tələblər
Vəzifə tələbləri:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Korporativ hüquq sahəsində azı 2 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dilində yazı və şifahi nitq bacarıqları;
Vəzifə səriştələri:
- Analitik düşünmə;
- Problem analiz etmə
- Nizam-intizam
- İşgüzar və hüquqi yazı bacarıqları.
Vakansiya haqqında
Paylaşılıb
yanvar 22, 2026
Kateqoriya
Hüquq