01-12-2025
641
ƏMƏK FUNKSİYASI:
· Cəmiyyətdə kargüzarlıq işinin müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək;
· Cəmiyyətdə sənədlərin icra müddətinə nəzarət etmək, tapşırıqların icrası barədə təhlil aparmaq, hesabatlar hazırlamaq və bu barədə şöbə müdirinə mütəmadi olaraq məlumatlar təqdim etmək;
· Şöbənin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hökumət və qeyri-hökumət təşkilatları ilə danışıqların, sorğuların müvafiq qaydada aparılmasının təşkil edilməsində iştirak etmək;
· Sənədlərin hazırlanması, tərtib edilməsi və idarə olunmasında iştirak etmək;
· Məktubların düzgün tərtibi, məzmunun aydın ifadə edilməsi və üslubuna nəzarət etmək;
· Cəmiyyətdə kargüzarlıq işini müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək;
· Verilmiş əmr və sərəncamların vaxtında rəsmiləşdirilməsinin, artırılmasının və lazımi ünvanlara çatdırılmasının təşkil olunmasında iştirak etmək.
VƏZİFƏ TƏLƏBLƏRİ:
Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzuolunandır)
İş təcrübəsi (minimum): Müvafiq sahədə minimum 3 il ümumi iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili, İngilis dili (Rus dili arzuolunandır)
Kompüter bilikləri: Microsoft office proqramları (Elektron sənəd dövriyyəsi - ESD)
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:
Məsuliyyət, əməkdaşlıq, çeviklik, kreativlik, analitik düşüncə, araşdırma bacarığı, problem həll etmə bacarığı, detallara diqqət, komandada işləmək bacarığı.
Son tarix
January 10, 2026
Paylaşılıb
dekabr 1, 2025
Vakansiya növü
Tam ştat