A

İnvestisiya və xəzinədarlıq şöbə müdiri

Bu gün

136

Təsvir

Vəzifə öhdəlikləri


Şöbənin işinin planlanması və icra edilməsinə rəhbərlik edilməsi;

Şöbənin əməkdaşlarının istiqamətləndirilməsi, onlara tapşırıq və tövsiyələrin verilməsi;

Şöbənin işçilərinin nəzəri biliklərinin artırılması, onların yeni texnika və texnologiyalara yiyələnməsi, qabaqcıl iş metodlarından istifadə edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;

Şöbənin fəaliyyət istiqamətləri üzrə qaydaların hazırlanmasına rəhbərlik edilməsi;

Şöbənin fəaliyyət sahəsi ilə bağlı əmr layihələrinin, məktub və digər sənədlərin hazırlanmasına rəhbərlik edilməsi;

     

İnvestisiya layihələri ilə bağlı hesabatlılıq və təhlillər:

 Mövcud və potensial investisiya layihələrinin qiymətləndirilməsi və buna uyğun hesabatların hazırlanmasına rəhbərlik edilməsi;

Layihələrin icrası prosesində xərclərin izlənilməsi və büdcəyə uyğunluğun qiymətləndirilməsinə rəhbərlik edilməsi.

 

Xəzinədarlıq ilə bağlı hesabatlılıq və təhlillər:

 Nağd pul axınlarının proqnozlaşdırılması və idarə olunması işlərinə rəhbərlik edilməsi;

 Valyuta və faiz risklərinin idarə edilməsi üzrə təhlillərin aparılmasına rəhbərlik edilməsi;

 Likvidlik vəziyyətinin monitorinqi və optimallaşdırılması üzrə təkliflərin idarə edilməsi;

Kredit və borclanma proseslərinin təhlil olunmasına rəhbərlik edilməsi.

 

Bank və maliyyə təşkilatları ilə əməkdaşlıq:

Kapital bazarları və investisiya imkanları üzrə araşdırmaların aparılmasına rəhbərlik edilməsi;

Banklarla əməkdaşlıq edərək kreditlər, depozitlər və digər maliyyə məhsulları üzrə optimal şərtlərin əldə olunmasına rəhbərlik edilməsi;

Maliyyə institutları ilə müqavilələrin bağlanması və şərtlərin monitorinqinin aparılmasına rəhbərlik edilməsi;

Bank əməliyyatları vəliyyələşdirmə layihələri üzrə müvafiq sənədlərin hazırlanmasına rəhbərlik edilməsi.


Prosedur və siyasətlərin hazırlanması:

İnvestisiya və xəzinədarlıq şöbəsinin iş prinsiplərinə uyğun siyasət və prosedurların hazırlanmasına rəhbərlik edilməsi;

Maliyyə əməliyyatları və risklərin idarə olunması ilə bağlı daxili qaydaların işlənib hazırlanmasına rəhbərlik edilməsi;

Əməliyyat effektivliyini artırmaq üçün standart prosedurların yaradılması və tətbiqinə rəhbərlik edilməsi.

Tələblər

Təhsil pilləsi: Bakalavriat/Magistratura

İxtisas: İqtisadiyyat, maliyyə, mühasibat uçotu

Staj müddəti: 6 il müvafiq sahə üzrə iş stajı, 2 il müvafiq sahə üzrə rəhbər vəzifələrində iş stajı

Sertifikat / vəsiqə / lisenziya: ACCA və, ya CFA

İnvestisiya analizi və qiymətləndirmə

Portfel idarəçiliyi

Xəzinədarlıq və likvidlik idarəçiliyi

Hesabatlılıq və analitika

Maliyyə modellərinin qurulması

İnvestisiya layihələrinin idarə olunması

Korporativ bankçılıq və maliyyə institutları ilə əlaqə

Vakansiya haqqında

Son tarix

October 27, 2025

Paylaşılıb

sentyabr 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə