Təsvir

İş yeri: Bakı

İş rejimi: 5 günlük

Tabeçiliyi: Strategiya və layihələrin idarə edilməsi departamentinin direktoru

Vəzifənin məqsədi: Təşkilatın strateji inkişaf məqsədlərinə uyğun layihələrin səmərəli şəkildə planlaşdırılması, icrası və nəzarət mexanizmlərinin həyata keçirilməsinə rəhbərlik etmək.

 

Vəzifə öhtəlikləri:

Layihələrin idarə olunması və koordinasiyası

Təşkilatın strateji məqsədlərinə uyğun layihə portfelini formalaşdırır və idarə edir;

Layihələrin planlaşdırılması, resurs bölgüsü, risklərin idarə edilməsi və nəzarət proseslərini təşkil edir;

Layihələrin vaxt, büdcə və keyfiyyət göstəricilərinə uyğun icrasını təmin edir;

Layihələrin mərhələlər üzrə monitorinqini və hesabatlılığını həyata keçirir;

Layihələrin nəticələrini ölçür və təhlil edir, təkmilləşdirmə təklifləri hazırlayır.

Layihələrin nəticələrinin davamlılığını və təşkilat üçün əlavə dəyər yaratmasını təmin edir;

 

Metodologiya və standartların tətbiqi

Layihə idarəetməsi üzrə metodoloji çərçivə (PMBOK, PRINCE2, Agile, Scrum və s.) tətbiq edir;

Təşkilat üzrə layihə idarəetmə standartlarını və prosedurlarını hazırlayır və yeniləyir;

Layihə komandalarına metodoloji dəstək göstərir və layihə menecerlərinin fəaliyyətinə nəzarət edir.

Komanda idarəçiliyi

Layihə komandalarının fəaliyyətini təşkil edir, resursların səmərəli bölgüsünü təmin edir;

Komanda üzvlərinin peşəkar inkişafını və motivasiyasını dəstəkləyir;

Performans göstəricilərinə əsasən komanda fəaliyyətini qiymətləndirir.

Hesabatlılıq və kommunikasiya

Layihələrin gedişi, riskləri və nəticələri barədə dövrü hesabatlar hazırlayır;

İcraçı rəhbərlik, maraqlı tərəflər və donorlarla koordinasiyanı və kommunikasiya axınını təmin edir;

Layihələrin maliyyə və resurs istifadəsi üzrə hesabatlılığını təmin edir.

 

Şöbənin idarə olunması

Şöbənin əməkdaşlarını idarə edir, iş bölgüsünü müəyyən edir, onların fəaliyyətinə nəzarət edir;

Şöbənin illik iş planını və büdcəsini formalaşdırır, resurslardan səmərəli istifadəni təmin edir;

Şöbənin illik planını və büdcəsini hazırlamaq, əməkdaşların fəaliyyətinə rəhbərlik etmək;

Layihələrin idarə edilməsi şöbəsinin idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi.

 

Tələblər

Kvalifikasiya tələbləri:

Təhsil:

Ali təhsil Bakalavr (İdarəetmə, İqtisadiyyat, Mühəndislik, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);

Magistr dərəcəsi (üstünlükdür).

 

İş təcrübəsi:

Layihə idarəçiliyi, strateji planlaşdırma və ya təşkilati inkişaf sahəsində ən azı 5 il iş təcrübəsi;

Rəhbər vəzifədə ən azı 2 il təcrübə.

 

Sertifikatlar:

PMP, PRINCE2, Agile/Scrum Master və ya digər beynəlxalq layihə idarəçiliyi sertifikatları üstünlükdür;

 

Funksional səriştə tələbləri:

Layihənin başladılması (initiation)

Layihə planlaması

Layihənin icrası

Layihənin monitorinqi və nəzarəti

Layihənin bağlanması

Dəyişikliklərin idarə edilməsi

Müəsissənin biznes funksiyaları və prosesləri üzrə biliklər

Azərbaycan və İngilis dillərində sərbəst yazı və danışıq bacarığı;

Layihə idarəetmə proqramlarında (MS Project) işləmək bacarığı.

Primavera proqramında işləmə bacarığı üstünlükdür

 

Davranış səriştə tələbləri:

Planlaşdırma

Təşkiletmə

Rəhbərlik/Aparıcılıq

Nəzarət etmə

Dəyişikliklərin idarə edilməsi

İşçilərin inkişafı

Empatiya

Ünsiyyət

Təmsiletmə

Təqdimat bacarıqları

Komanda işi

Danışıqların aparılması

Problem həlletmə

Analiz etmə

Detallara diqqət

Nəticəyönümlülük

Hesabatlılıq

Yaradıcılıq (yenilikçilik)

Stresin idarə edilməsi

Vakansiya haqqında

Son tarix

December 29, 2025

Paylaşılıb

noyabr 19, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə