A
Ana səhifə
/
/
/
Maliyyə hesabatlığı və Mühasibatlıq Departamentinin direktoru

Maliyyə hesabatlığı və Mühasibatlıq Departamentinin direktoru

Dünən

391

Təsvir

ƏMƏK FUNKSİYASI:


  • Aylıq, rüblük və illik hesabatların MHBS-ə müvafiq dəqiq və tam şəkildə müəyyən edilmiş vaxtda bütün zəruri dəstək sənədləri ilə birlikdə hazırlanmasını təmin etmək;
  • Maliyyə nəticələrinin mütəmadi komunikasiyası,təhlili və təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi;
  • Mühasibatlıq əməliyyatları üzərində nəzarəti təmin etmək və hesabların düzgün və tam şəkildə bağlanmasına nəzarət etmək;
  • Portfel şirkətlərdə dövri maliyyə nəticələrinin hazırlanmasını və təhlilini, , hesabatların rəhbərliyə təqdimatını təmin etmək;
  • Maliyyə və idarəetmə uçotunun düzgün qurulmasına nəzarəti təmin etmək;
  • Hesabatların dəqiqliyini artırmaq üçün maliyyə sistemlərini, prosesləri və prosedurları qiymətləndirmək və təkmilləşdirmək;
  • Yeni qurulacaq ERP-də maliyyə hesabatlılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və ERP komandası ilə bərabər onların icrasına nail olmaq;
  • Səhmdarlar,Müşahidə Şurası, vergi və digər dövlət qurumları tərəfindən tələb edilən maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsini təmin etmək.


Tələblər

VƏZİFƏ TƏLƏBLƏRİ:

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə

İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 5 il (beynəlxalq audit şirkətlərində və real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)

Dil bilikləri : Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)

Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel)

Digər zəruri tələblər: Beynəlxalq sertifikatların mövcudluğu (ACCA/CIMA)

 

 

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:

Təşkilatçılıq, idarəetmə və şəxsi keyfiyyətlərin yüksək olması;

Çeviklik və sürətli templi mühitdə prioritetləri təyin etmək bacarığı;

Komanda daxili və digər departament və qurumlarnan efektiv komunikasiya qurma bacarığı;     

Analitik düşünmə,mürəkkəb və texniki detallara diqqət bacarığı.

Vakansiya haqqında

Son tarix

November 16, 2025

Paylaşılıb

oktyabr 7, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə