Təsvir


Əsas vəzifə öhdəlikləri:


  • Müəssisəyə daxil olan vətəndaşların, qonaqların və digər ziyarətçilərin qarşılanmasını, qeydiyyatını və müvafiq struktur bölmələrə yönləndirilməsini təmin etmək, qəbul sahəsinin fəaliyyətini təşkil etmək və ilkin inzibati məlumatlandırma xidmətini həyata keçirmək.
  • Müəssisəyə daxil olan ziyarətçilərin qeydiyyatını aparmaq, zəruri məlumatları müvafiq qeydiyyat jurnalına və ya elektron sistemə daxil etmək;
  • Rəhbərliyin və struktur bölmə rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq görüş və qəbulların təşkilində iştirak etmək;
  • Əvvəlcədən təyin edilmiş görüşlərin qeydiyyatını aparmaq və müvafiq şəxsləri görüşlər barədə məlumatlandırmaq;
  • Daxil olan telefon zənglərini cavablandırmaq, zəngləri aidiyyəti şəxslərə yönləndirmək və ilkin məlumatları təqdim etmək;
  • Daxil olan yazılı sənədləri və müraciətləri qəbul edərək müəyyən edilmiş qaydada aidiyyəti üzrə yönləndirmək;
  • Ziyarətçilərin gözləmə və qəbul prosesinin nizamlı təşkilini təmin etmək;
  • Müəssisədaxili iclas, görüş və tədbirlər barədə məlumatlandırma və təşkilati işlərdə iştirak etmək;
  • Qəbul sahəsinin səliqəli, nizamlı və lazımi avadanlıqlarla təmin olunmuş vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Ziyarətçilərlə ünsiyyət zamanı etik davranış və xidməti ünsiyyət qaydalarına riayət etmək;
  • Müəssisəyə daxil olan ziyarətçilər haqqında məlumatların məxfiliyini qorumaq;
  • Fəaliyyəti ilə bağlı qeydiyyat məlumatlarını, gündəlik qeydləri və hesabatları aparmaq;
  • Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları öz səlahiyyətləri çərçivəsində yerinə yetirmək.

Tələblər


  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Xarici dil biliklərinə üstünlük verilir.
  • Yüksək ünsiyyət və təqdimetmə bacarığı;
  • Nəzakətli və etik davranış;
  • Operativlik və diqqətlilik;
  • Təşkilatçılıq və koordinasiya bacarığı;
  • Stressə davamlılıq;
  • Komandada işləmək bacarığı.


Bilməlidir:


  • Xidməti etik davranış və işgüzar ünsiyyət qaydalarını;
  • Sənədləşmə və qeydiyyat işlərinin aparılması qaydalarını;
  • Vətəndaşların qəbulu və müraciətlərin yönləndirilməsi qaydalarını;
  • Microsoft Office proqramlarından və elektron qeydiyyat sistemlərindən istifadə qaydalarını;




Vakansiya haqqında

Son tarix

December 25, 2026

Paylaşılıb

noyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə