Təsvir

Əsas vəzifə öhdəlikləri:


Korporativ vizual üsluba uyğun dizaynların hazırlanması və ardıcıl şəkildə tətbiqi;

Çap və rəqəmsal platformalar üçün qrafik materialların (kataloq, broşür, təqdimat, sosial media vizualları, promo məhsullar və s.) hazırlanması;

Brendbook-un tətbiqi və vizual sistemin təkmilləşdirilməsində iştirak;

Fərqli format və ölçülərdə dizayn ehtiyaclarının çevik və texniki baxımdan düzgün hazırlanması;

Komanda daxilində yaradıcı əməkdaşlıq və briflərə uyğun funksional dizayn həllərinin işlənməsi;

Rəhbərlik və müxtəlif şöbələrdən gələn sifarişlər üzrə operativ və dəqiq dizayn təminatı;

Süni intellekt əsaslı alətlərlə işləyərək dizayn prosesini dəstəkləmək və inkişaf etdirmək;

Vizual sistemlər və dizayn proseslərinin daha effektiv təşkili üçün strukturlaşdırılmış yanaşmaların tətbiqi.

Tələblər

Texniki bacarıqlar:

Adobe Illustrator, Photoshop və InDesign proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;

After Effects və ya digər hərəkətli qrafika proqramlarında işləmə bacarığı (üstünlükdür);

Midjourney, Adobe Firefly, Runway və digər AI əsaslı dizayn alətləri ilə işləmə təcrübəsi;

RGB və CMYK formatlarına uyğun dizayn prinsipləri və fayl hazırlığı üzrə biliklər;

Çap və rəqəmsal faylların texniki tələblərə uyğun optimallaşdırılması.


İş prinsipi və yanaşma:

Estetik zövq, texniki dəqiqlik və detallara diqqət;

Paralel layihələrlə işləmək və prioritetləşdirmə bacarığı;

Operativ, məsuliyyətli və açıq kommunikasiya bacarığı;

Yaradıcı düşüncə və funksional yanaşma ilə komandada işləmək;

Qlobal dizayn trendlərini izləmək və brend kontekstində uyğun tətbiqetmə.


Təcrübə:

Minimum 3 illik peşəkar qrafik dizayn təcrübəsi;

Korporativ və sənaye yönümlü layihələr üzrə təcrübə;

Peşəkar və müxtəlif formalı işləri əks etdirən portfel təqdimatı.

Vakansiya haqqında

Son tarix

October 26, 2025

Paylaşılıb

sentyabr 16, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Dizayn, incəsənət, yaradıcılıq

Oxşar vakansiyalar