Təsvir

1. İmtiyazlı girişlərin idarəedilməsi sistemi (PAM) vasitəsilə kritik sistemlərə çıxışların nəzarətini təmin etmək, audit loqlarını izləmək və ən az imtiyaz prinsiplərini tətbiq etmək.

2. Məlumat sızmasının qarşısının alınması sistemi (DLP) üzrə siyasətləri hazırlamaq, həssas məlumatların icazəsiz ötürülməsinin qarşısını almaq və baş verən insidentləri araşdırmaq.

3. Mail təhlükəsizlik həlli üzərindən zərərli e-poçtların, fişinq hücumlarının və spam mesajların qarşısını almaq, poçt trafikində təhlükəsizlik tədbirlərini icra etmək.

4. Mobil cihazların idarəedilməsi sistemi (MDM/EMM/UEM) vasitəsilə mobil cihazlarda təhlükəsizlik siyasətlərini tətbiq etmək, məlumatların qorunmasını təmin etmək və uzaqdan idarəetməni həyata keçirmək.

5. Fayl tamlığının yoxlanması sistemi (File Integrity Monitoring, FIM) ilə kritik fayllarda baş verən dəyişiklikləri izləmək, anomaliyaları aşkarlamaq və uyğun tədbirlər görmək.

6. Şəbəkə və sistem mühitində təhlükəsizlik həllərinin inteqrasiyasını təmin etmək və onların işini koordinasiya etmək.

7. Təhlükəsizlik alətlərindən əldə olunan loq və insidentləri təhlil etmək, təhlükəli fəaliyyətləri aşkarlamaq və qarşısını almaq.

8. Təhlükəsizlik həlləri üzrə siyasət və prosedurlar hazırlamaq, texniki sənədləri yeniləmək və tətbiqinə nəzarət etmək.

9. Təhlükəsizlik insidentləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və risklərin azaldılması üzrə təkliflər vermək.

Tələblər

Minimum  2 il müvafiq sahədə təcrübə

Vakansiya haqqında

Son tarix

October 6, 2025

Paylaşılıb

avqust 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Elm, Texnologiya və Mühəndislik