“Azerbaijan Fish Farm” MMC “Anbardar” vəzifəsinə təcrübəli və məsuliyyətli əməkdaş axtarır. Namizəd AFF-in Mingəçevir Qəfəs Balıqçılıq Təsərrüfatında anbarda iş fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuşdur. Mingəçevir şəhərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə üzrə öhdəliklər:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, balıq yemlərinin saxlama rejiminə nəzarət;
- Mal-materialın qəbulu , təhvili , sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, yerləşdirilməsi, qəbul və təhvil qaydalarına riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
- Günlük və aylıq hesabatların hazırlanması;
- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real vakt rejimində məlumatları daxil etmək;
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığa və inventara nəzarət etmək, uyğunsuzluq olarsa lazımi şöbələrə vaxtında məlumat vermək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbar ehtiyatlarının düzgün idarə edilməsi və 1C tətbiqində uçotunun aparılması;
- Anbar qalığını mütəmadi yoxlamaq və uyğun hesabat təqdim etmək;
- Anbarın işçilərinə rəhbərlik etmək, mal-materialın düzgün yığılması və boşaldılmasına nəzarət etmək, anbar işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
- Sahələri, satışı tələb olunan mallar və material ilə vaxtında təmin etmək;
- Anbara giriş-çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını, anbarın səliqəliliyini təşkil və nəzarət etmək;
- Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə xidməti ilə əməkdaşlıq etmək;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 6 günlük (şənbə günü qısaldılmış iş günü), istirahət günü: bazar
- İş yeri: Mingəçevir rayonu
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.