A
Ana səhifə
/
/
/
Beynəlxalq satış üzrə mütəxəssis

Beynəlxalq satış üzrə mütəxəssis

Dünən

28

Təsvir

  • Şirkətin stratejik hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması və bazardaki cari vəziyyət və mövcud trendlərin rəhbərliyə məruzə edilməsi;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
  • Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
  • İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
  • İxrac əməliyyatları, xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini – son imzaya qədər təqib etmək;
  • Mövcud ixrac müqavilələrinin və onların əlavələrinin vaxtlı vaxtında yenilənməsini və ya ləğv edilməsini təmin etmək;
  • İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
  • İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
  • Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi koordinasiya etmək;
  • İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünün yoxlanılması;
  • İxrac əməliyyatları üzrə ödənişlərin təqib edilməsi və ödənişlərin müvafiq bəyannamə üzrə bağlanılmasını maliyyə komandası ilə koordinasiya etmək;
  • İxrac üzrə satış planının yerinə yetirilməsi;
  • Mövcud kürü stokunu və illik emal planını daim nəzarətdə saxlamaq;
  • Statistik hesabatların, habelə satışın artırılması istiqamətində müştərilər üçün təqdimatların tərtib edilməsi;
  • Satışın artırılması istiqamətində Kommersiya Departamenti daxilində Marketing Şöbəsi ilə tədbirlər planının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.

Tələblər

  • Ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi;
  • Tələb olunan və ya üstünlük verilən sənaye sektoru - Topdansatış, qida məhsullarının ixracı üzrə;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Müştərilərlə düzgün davranış qaydaları və inandırıcılıq;
  • Analitik düşünmə, təşəbbüskarlıq və yeniliklərə açıq olmaq;
  • Komanda ilə işləmə və koordinasiya qabiliyyəti;
  • Problem həll etmə və qərar qəbul etmə bacarığı;
  • Yüksək təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyəli bilik;
  • Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə baza bilikləri, ixrac əməliyyatları, Incoterms üzrə biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili, Rus dili, İngilis dili, əlavə xarici dil bilikləri üstünlükdür.

Vakansiya haqqında

Son tarix

April 1, 2026

Paylaşılıb

mart 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Satış və müştəri xidmətləri