Şirkətin maliyyə məlumatlarını izləmək və təhlil etmək;
Maliyyə nəticələri ilə bağlı hesabatlar hazırlamaq və təqdim etmək;
Büdcə və maliyyə performansını analiz edərək fərqləri müəyyənləşdirmək;
Şirkətin maliyyə planlarını və büdcəsini hazırlamaq və nəzarət etmək;
Əvvəlki maliyyə dövrləri ilə müqayisə edərək büdcə fərqlərini analiz etmək;
Uzunmüddətli maliyyə planlaşdırılması və proqnozlaşdırma modellərini hazırlamaq və təqdim etmək;
Maliyyə məlumatlarının düzgünlüyünü və etibarlılığını təmin etmək;
Maliyyə təhlilini apararaq əməliyyatların optimallaşdırılması üçün tövsiyələr irəli sürmək;
Rüblük və il sonu maliyyə nəzarəti fəaliyyətlərinə və illik korporativ maliyyə nəzarəti auditinə kömək;
Mühasibat məlumatlarının monitorinqi və təhlili, ümumi mühasibat strategiyasını həyata keçirmək və nəzarət etmək;
Daxili və xarici auditorlar ilə əlaqələrin idarə olunması;
Maliyyə proqramlarının (məsələn, ERP) effektiv idarə olunmasına nəzarət;
Verilən digər tapşırıqları vaxtında və dəqiq icra etmək.
Tələblər
Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə üzrə təhsil);
Minimum 4 il Mühasibat, maliyyə, audit sahəsində təcrübə;
ACCA F2, F3, F7 sertifikatların olması üstünlükdür;
Vergi Məcəlləsi üzrə biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), güclü problem həll etmə və komanda da işləmək qabiliyyətləri, güclü təşkilati bacarıqlar;
MS office proqramlarını, 1C yüksək səviyyədə bilməli;
Azərbaycan və ingilis dili səlis, rus dili arzuolunandır;