Vəzifə üzrə öhdəliklər:
- Anbardarın bütün tapşırıqlarının tam şəkildə yerinə yetirilməsi;
- Məhsullardan və ya inventarlardan düzgün istifadə edilməsi və istənilən zədələrdən qorunması;
- Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması;
- Sanitar-gigiyena və yoluxucu-epidemioloji xəstəliklərə qarşı norma və qaydalara, əmək intizamına, daxili iş qaydalarına riayət olunması;
- Təhlükəsizlik, əməyin mühafizəsi və iş metodlarının təlimatlandırılması qaydalarına riayət olunması;
- Məhsulların ardıcıllıqla anbarlarda yerləşdirilməsi, yüklənməsi və boşaldılması;
- Məhsulun anbara yığılması prosesində anbarın səlahiyyətli şəxslərinə son istifadə tarixi ilə bağlı məlumat verilməsi;
- Aylıq anbar sayımlarında fiziki olaraq iştirak etmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 6 günlük, istirahət günü: bazar
- İş yeri: Masazır
- Əmək haqqı: 600 AZN
Vakansiyaya müraciət üçün CV-iləri “Fəhlə (anbar)” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz və ya +99451 215 73 33 mobil nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.