A
Ana səhifə
/
/
/
İxtiopatoloq (baytar)

İxtiopatoloq (baytar)

  • Yenikənd, Azərbaycan
  • Tam ştat

08-04-2025

71

Təsvir

“Azerbaijan Fish Farm” MMC İstehsalat komandasına qoşulmaq üçün təcrübəli və motivasiyalı İxtiopatoloq axtarır. Namizəd AFF-in S.Q. Kərimov adına Yenikənd Nərə Damazlıq Təsərrüfatında balıq sağlamlığı üzrə müalicə-profilaktika tədbirlərinin yerində icra edilməsi, artırma-yetişdirmə prossesinin birbaşa iştirakçısı olmaqla balıq sağlamlığı və rifahı ilə bağlı hadisə olduqda həmin an yerində müdaxilə edə bilməsi üçün nəzərdə tutulmuşdur. Neftçala şəhərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.


Vəzifə üzrə öhdəliklər:

AFF-in ixtiopatoloqunun təlimatına və tövsiyələrinə uyğun olaraq:

  • Təsərrüfatda balıq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirləri icra etmək;
  • Təsərrüfatda balıqlar arasında baş verən xəstəliklərin etiologiyası və patologiyasını öyrənmək;
  • Balıqların sağlamlaşdırılması yollarını təhlil etmək və sağlamlaşdırıcı tədbirləri icra etmək;
  • AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların müayinəsi və müalicəsi üzrə digər tədbirləri icra etmək;
  • Müalicə və profilaktik tədbirlər zamanı tətbiq edilən baytarlıq preparatlarının istifadəsinin qeydiyyatını aparmaq və AFF-in ixtiopatoloquna hesabat vermək;
  • Balıqların genetik müayinələri üzrə tədbirləri həyata keçirmək;
  • AFF-in təsərrüfatına gətirilən (və ya xaricdən idxal edilən) bioloji materialların xəstəliklərə görə sağlam təsərrüfatdan tədarük olunması prosesində iştirak etmək və yeni qəbul olunmuş bioloji materialların karantin tədbirlərini icra etmək;
  • AFF-in laboratoriyalarında balıq xəstəliklərinin araşdırılması üçün müayinələr aparmaq;
  • İllik müalicə və profilaktika üzrə tədbirlər planını tərtib etmək.


Tələblər

  • Ali təhsil (İxtiopatologiya, baytarlıq, ixtiologiya, balıqşünaslıq və ya buna uyğun sahələr üzrə);
  • Müvafiq sahədə ən azı 6 ay iş təcrübəsi;
  • Üstünlük verilən sənaye sektoru: Kənd təsərrüfatı məhsullarının istehsalı.
  • Problem həll etmə və analiz bacarıqları;
  • Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Detallara diqqətli olmaq;
  • İcra və təşkilatçılıq qabiliyyəti;
  • İş prioritetlərini düzgün təyin edə bilmək;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını bilmək;
  • Baytarlıq, laboratoriya, ixtiologiya, epidemiologiya üzrə sertifikatlarının olması arzuolunandır;
  • Rus dili biliyi arzuolunandır.


Vakansiya haqqında

Son tarix

April 29, 2025

Paylaşılıb

aprel 8, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı