“Azerbaijan Fish Farm” MMC İstehsalat komandasına qoşulmaq üçün təcrübəli və motivasiyalı İxtiopatoloq axtarır. Namizəd AFF-in S.Q. Kərimov adına Yenikənd Nərə Damazlıq Təsərrüfatında balıq sağlamlığı üzrə müalicə-profilaktika tədbirlərinin yerində icra edilməsi, artırma-yetişdirmə prossesinin birbaşa iştirakçısı olmaqla balıq sağlamlığı və rifahı ilə bağlı hadisə olduqda həmin an yerində müdaxilə edə bilməsi üçün nəzərdə tutulmuşdur. Neftçala şəhərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə üzrə öhdəliklər:
AFF-in ixtiopatoloqunun təlimatına və tövsiyələrinə uyğun olaraq:
- Təsərrüfatda balıq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirləri icra etmək;
- Təsərrüfatda balıqlar arasında baş verən xəstəliklərin etiologiyası və patologiyasını öyrənmək;
- Balıqların sağlamlaşdırılması yollarını təhlil etmək və sağlamlaşdırıcı tədbirləri icra etmək;
- AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların müayinəsi və müalicəsi üzrə digər tədbirləri icra etmək;
- Müalicə və profilaktik tədbirlər zamanı tətbiq edilən baytarlıq preparatlarının istifadəsinin qeydiyyatını aparmaq və AFF-in ixtiopatoloquna hesabat vermək;
- Balıqların genetik müayinələri üzrə tədbirləri həyata keçirmək;
- AFF-in təsərrüfatına gətirilən (və ya xaricdən idxal edilən) bioloji materialların xəstəliklərə görə sağlam təsərrüfatdan tədarük olunması prosesində iştirak etmək və yeni qəbul olunmuş bioloji materialların karantin tədbirlərini icra etmək;
- AFF-in laboratoriyalarında balıq xəstəliklərinin araşdırılması üçün müayinələr aparmaq;
- İllik müalicə və profilaktika üzrə tədbirlər planını tərtib etmək.