A
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət və SƏTƏMM şöbəsinin müdiri

Keyfiyyətə nəzarət və SƏTƏMM şöbəsinin müdiri

05-05-2025

1.1K

Bağlanılıb

Təsvir

  • Əməyin mühafizəsi üzrə bütün növ təlimatların vaxtında və düzgün keçirilməsinə nəzarət etmək;
  • Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək;
  • İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək;
  • İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
  • Əməyin mühafizəsi üzrə peşə təlimatlarının işlənib hazırlanmasında iştirak etmək;
  • Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsi üzrə kurslar və təlimlər təşkil etmək;
  • Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində müxtəlif təlimlər keçmək;
  • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək;
  • Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına nəzarət etmək;
  • Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsini təşkil etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • Üçüncü tərəf təşkilatlarla (FHN, Dövlət Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı və s.) qarşılıqlı əlaqələr qurmaq;
  • İstesalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin təhqiqatında iştirak etmək və bədbəxt hadisələrin uçotunu aparmaq;
  • İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək;
  • Dövri sınaqları tələb olunan avadanlıqların, tərtibatların, alətlərin və mexanizmlərin vaxtında və düzgün sınaqdan keçirilməsinə və sınaq nəticələrinin qeydiyyatının düzgün aparılamsına nəzarət etmək;
  • Əmək mühafizəsinə aid risklərin və ekoloji aspektlərin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • İş yerlərinin attestasiyası prosesində iştirak etmək;
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsinə aid əyani vasitələrin hazırlanmasında iştirak etmək;
  • SƏTƏM sahəsinə müvafiq daxili və xarici auditin keçirilməsində iştirak etmək.
  • Keyfiyyət üzrə məqsədlərə nail olunmasını təmin etmək;
  • İstehsal, keyfiyyət, müştəri və xidmət standartlarını həyata keçirmək;
  • Təhlükə təhlili, risk analizi apararaq keyfiyyət təminatı planlarını hazırlamaq;
  • Məhsul, sistem, uyğunluq və nəzarət auditlərini aparmaq və məhsul keyfiyyətini yaxşılaşdırmaq;
  • Keyfiyyətə nəzarət sistemində tendesiyaları və inkişafları araşdırmaq, biznes və son məhsul üzrə bütün proseslərin keyfiyyətini tənzimləmək, nəzarət etmək və yaxşılaşdırmaq;
  • Keyfiyyətə nəzarət, qida təhlükəsizliyi ilə bağli təlimatların, formaların, prosedurların və çeklistlərin hazırlanmasının təmin etmək;
  • İstehsal, anbar, satış məntəqələri və digər sahələrdə gigiyena tələblərinə nəzarət etmək;
  • Xammal, su, hava, hazır məhsulun mikrobioloji, bakterioloji, fiziki-kimyəvi, orqanoleptik, rəf ömrü, qablaşdırma materiallarının miqrasiya müayinələrinin aparılmasına nəzarət etmək;
  • Anbarda saxlanılan məhsulların FİFO tələblərinə uyğun satışına, davamlı son istifadə tarixləri yoxlamasına nəzarət etmək;
  • İxrac və idxal olunan məhsulların yerli və beynəlxalq qanunvericiliyin tələblərin uyğun markalanmasına, digər xarici dillərə tərcümə olunmasına, ştrix kodların alınması, icrasına nəzarət etmək;
  • Daxili və xarici auditin aparılması prosesində iştirak etmək;
  • ISO 9001:2015, BRCGS, IFS, ISO 22000:2018, HALAL, ISO 10002:2004, KOSHER, BAP, GMP, GHP, GLP, AQTA,İSO 45001,FOS standartlarına uyğun bütün sənədləşmə prosedurlarının həyata keçirilməsini təmin etmək;
  • Beynəlxalq təcrübənin tətbiqi və iş təcrübəsinin genişlədirilməsi sahəsində təlimlərin araşdırılması və iştirakın təşkili;
  • Məhsulların anbar şəraitində tələblərə uyğun saxlanılmasına nəzarət;
  • Tədarükçü dəyərləndirmə sisteminin tətbiqinə nəzarət;
  • İdxal, ixrac zamanı müştəri tələblərinə uyğun keyfiyyət idarətmə sistemi üzrə sənədlərin, texnoloji diaqramların, spesifikasiyaların hazırlanması;
  • Ziyanvericilərə qarşı mübarizə sisteminin tətbiqinə nəzarət;
  • Qida sahəsində çalışan personala qida təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi;
  • Xammaldan son istehlakçıya qədər soyuq zəncir və qida təhlükəsizliyi sisteminin tələblərinin icrasına nəzarət etmək;
  • Avadanlıq və ölçmə vasitələrinin kalibrasiyasının icrasına nəzarət etmək;
  • Məsul olduğu sahə(lər)də riskləri müəyyən edir, qiymətləndirir, effektiv şəkildə yumşaldılmasını təmin etməklə riskləri idarə edir və risklərin vəziyyəti barədə maraqlı tərəfləri davamlı məlumatlandırır;
  • Auditlər zamanı sertifikatlaşdırma orqanları tərəfindən qaldırılan bütün uyğunsuzluqların effektiv şəkildə düzəldilməsini və müstəqil şəkildə yoxlanılmasını təmin etmək üçün xarici audit proqramını idarə etmək.

Tələblər

  • Ali təhsil - (Qida təhlükəsizliyi, Kimya, biologiya və s.)
  • Minimum 3 il və daha çox təcrübə;
  • Qida məhsullarının istehsalı, sertifikatlaşdırılması, idxalı və ixracı, pərakəndə sektorunda iş təcrübəsi üstünlükdür;
  • Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət, Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri, işə icazə sistemin tətbiqi qaydalarını və dalğıclıq fəaliyyətinə aid məlumatları bilməli;
  • İSO 9001, İSO 22000, BRCGS, İFS, HACCP, İSO17025, HALAL, SƏTƏM sahəsində müvafiq sertifikatlar (IOSH, NEBOSH, ISO 45001, FHN SƏTƏM kursu sertifikatı və s.), 
  • Vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), mükəmməl təşkilatçılıq və liderlik bacarıqları, güclü ünsiyyət və komanda idarəetmə qabiliyyəti;
  • MS office proqramlarını bilməli;
  • Azərbaycan və ingilis dili səlis, rus dili arzuolunandır;

Vakansiya haqqında

Paylaşılıb

may 5, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Magistr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı