Bu rol təsərrüfatda energetika işlərinin görülməsi üzrə məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri:
Təsərrüfatın enerji təchizatını təmin edir;
Enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün təsərrüfatın enerji təchizatını yoxlayır və lazımi tədbirlərin görülməsinə qərar verir;
Emal sexində, ərazidə, anbarlarda bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edir;
İşlək avadanlıqların istənilən vaxt ehtiyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin edir;
Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edir;
Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir;
Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin
əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır;
Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin edir;
Elektrik qurğularının, nəzarət - ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin edir;
Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlayır;
Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlayır;
Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil edir;
Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləyir və onların yerinə yetirilməsinə nəzarət edir;
Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir;
Rəhbərliyin tapşırdığı digər işləri yerinə yetirir.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (İstehsalat üzrə);
Enerji təminatının təşkili, onun texniki istismarı qaydalarını və təmir aparılmasının texnologiyasını bilməli, plan - xəbərdaredici təmir sistemini və avadanlığın səmərəli istismarını təşkil etməli,
Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini (enerji istifadə edən qurğuların), onların istismar qaydalarını bilməli;
Emalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməli;