AzInTelecom MMC
Ana səhifə
/
/
/
Middle Android Developer

Middle Android Developer

Bu gün

23

Təsvir

  • Kotlin proqramlaşdırma dili istifadə edərək Android tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi
  • Jetpack Compose və XML Layout (View System) əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması
  • Kotlin Coroutines və Flow istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması
  • Texniki tapşırıqlara (Jira ticket-lərə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası
  • Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması
  • Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi
  • Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi
  • GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak
  • Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak
  • Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası
  • Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak
  • Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi
  • Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması

Tələblər

Hard bacarıqlar

  • Kotlin proqramlaşdırma dili üzrə praktik təcrübə
  • Android SDK və Android Jetpack komponentləri ilə iş təcrübəsi
  • Jetpack Compose və XML Layout (View System) ilə UI inkişafı
  • Kotlin Coroutines və Flow ilə asinxron proqramlaşdırma
  • MVVM və ya Clean Architecture ilə işləmə təcrübəsi
  • REST API inteqrasiyası və JSON parsing
  • Unit test və UI test yazma təcrübəsi
  • Git ilə versiya idarəetməsi (GitLab üstünlükdür)
  • Kod keyfiyyəti və performans optimizasiyasına diqqət


Soft bacarıqlar

  • Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı
  • Üzərinə götürdüyü task-ların sonuna qədər icrası və problemlərə həll yönümlü yanaşma
  • Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı
  • Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət
  • Android ekosistemindəki yeni texnologiyaları izləmək və bilikləri davamlı inkişaf etdirmək


Üstünlük sayılan bacarıqlar (Nice to have)

  • CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür)
  • App Store / Google Play release proseslərində iştirak
  • Dependency Injection (Hilt / Dagger)
  • Room, DataStore və ya digər local storage texnologiyaları
  • Minimum 1 il Android üzrə full-time iş təcrübəsi (2+ arzuolunandır)


Vakansiya haqqında

Son tarix

April 30, 2026

Paylaşılıb

mart 31, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik