Kotlin proqramlaşdırma dili istifadə edərək Android tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi
Jetpack Compose və XML Layout (View System) əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması
Kotlin Coroutines və Flow istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması
Texniki tapşırıqlara (Jira ticket-lərə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası
Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması
Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi
Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi
GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak
Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak
Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası
Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak
Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi
Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması
Tələblər
Hard bacarıqlar
Kotlin proqramlaşdırma dili üzrə praktik təcrübə
Android SDK və Android Jetpack komponentləri ilə iş təcrübəsi
Jetpack Compose və XML Layout (View System) ilə UI inkişafı
Kotlin Coroutines və Flow ilə asinxron proqramlaşdırma
MVVM və ya Clean Architecture ilə işləmə təcrübəsi
REST API inteqrasiyası və JSON parsing
Unit test və UI test yazma təcrübəsi
Git ilə versiya idarəetməsi (GitLab üstünlükdür)
Kod keyfiyyəti və performans optimizasiyasına diqqət
Soft bacarıqlar
Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı
Üzərinə götürdüyü task-ların sonuna qədər icrası və problemlərə həll yönümlü yanaşma
Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı
Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət
Android ekosistemindəki yeni texnologiyaları izləmək və bilikləri davamlı inkişaf etdirmək
Üstünlük sayılan bacarıqlar (Nice to have)
CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür)
App Store / Google Play release proseslərində iştirak
Dependency Injection (Hilt / Dagger)
Room, DataStore və ya digər local storage texnologiyaları
Minimum 1 il Android üzrə full-time iş təcrübəsi (2+ arzuolunandır)