IT infrastrukturunu 24/7 monitorinq etmək (serverlər, şəbəkə, virtual maşınlar, kameralar);
Monitoring alətləri (Zabbix, Prometheus, Grafana, ELK və s.) vasitəsilə sistem performansını izləmək və analiz etmək;
Alarmları qeyd etmək, ilkin troubleshooting aparmaq, xidmət fasilələrini, anomaliyaları və kritik hadisələri vaxtında aşkar edib eskalasiya qaydalarına uyğun müvafiq komandaya yönləndirmək;
Service Desk ilə əməkdaşlıq edərək ticket-ları izləmək, statusları güncəlləmək və SLA tələblərinə riayət etmək;
İnsidentlərin ilkin təhlilini aparmaq, səbəbləri müəyyənləşdirmək və operativ həll yolları təklif etmək;
Təhlükəsizlik və məxfilik tələblərinə əməl etmək;
Sistem resursları üzrə trend və statistik hesabatlar hazırlamaq, təkrarlanan problemləri təhlil etmək;
Mövcud monitorinq sistemlərinin optimallaşdırılması, yeni alətlərin inteqrasiyası və qaydaların təkmilləşdirilməsi.
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqədar sahələr üzrə);
Monitorinq alətləri üzrə praktiki bilik və təcrübə (Zabbix, Prometheus, Grafana, Kibana və s.)
Service Desk ilə əməkdaşlıq qabiliyyəti;
TCP/IP, DNS, HTTP, VPN, Firewall kimi şəbəkə protokolları barədə anlayış;
Scripting dillərində (Bash, Python və ya PowerShell) əsas biliklər;
Log analiz alətləri ilə işləmək təcrübəsi (ELK Stack, Splunk və s.);
Virtualizasiya və cloud mühitlərində (VMware, AWS, Azure və ya digər) monitorinq təcrübəsi üstünlükdür;
Operativ düşünmə və problem həll etmə bacarığı;
Diqqətli, məsuliyyətli və detallara fokuslana bilmək;
Komandada işləmək və məlumatı dəqiq ötürmək bacarığı;
Stress altında işləmə və kritik vəziyyətlərdə qərar vermə bacarığı;
Minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan dili - səlis, ingilis – yaxşı; rus dili – orta.