Müştəriyə data mərkəzinin ümumi iş prinsiplərinin şifahi olaraq izah edilməsi
Müştəriyə data mərkəzinin və SOC otağının təqdim edilməsi və gələn sualların cavablandırılması
Müştərinin cari infrastrukturu Bulud-a daşınsa, onun faydalarının izah edilməsi
Müştəriyə Bulud necə işləyir, əsas prinsiplərin izah edilməsi
Müştərinin cari infrastrukturunun optimallaşdırılması və Bulud üçün texniki tapşırığın formalaşması
Demo infrastruktur yaradılması üçün lazım olan məlumatlarının müştəri ilə dəqiqləşdirilməsi
Demo infrastruktur yaradılması üçün lazım olan məlumatların SOC24 xidmətinə düzgün formada ötürülməsi
Bulud idarəetmə panelində müştəri üçün "tenant" yaradılması və resursların ayırması
Bulud idarəetmə panelində müştəri tenantında lazım olan layihə (project) yaradılması
SOC xidmətinin müştəri ilə arasında anlaşılmazlıq yarandıqda məsələlərin həll edilməsi
Müştərilərin demo infrastrukturların resurs baxımından hesabatların istifadə edilməsi və birbaşa rəhbərliyə təqdim edilməsi
AzInTelecom satış mütəxəssisləri ilə daimi təmasda olması, xidmətlərin texniki işləmə prinsiplərinin izah edilməsi
AzInTelecom satış mütəxəssislərinin sorğusuna əsasən cari müştərinin aktual və ya ayrılan resurs kvota hesabatının hazırlanması
AzInTelecom satış mütəxəssisləri ilə birlikdə yeni müştəri ilə görüşməsi, texniki tərəfdən lazım olan məlumatların verilməsi
AzInTelecom satış mütəxəssislərinin yeni müştəriyə hesablanacaq qiymət təklifində texniki tapşırığın düzgün formalaşmasının təmin edilməsi
Hər ayın əvvəlində bəzi böyük infrastrukturlu müştərilərin aktual istifadə haqqında resurs hesabatının hazırlanması və satış mütəxəssislərinə göndərilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar
Ali təhsil
Şəbəkə və sistem inzibatçılığı üzrə biliklər
Bulud sistemləri ilə işlə təcrübəsi
Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi
Sis-admin və şəbəkə sertifikatları arzu olunandır
Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
Azərbaycan dili - səlis; rus dili - sərbəst; ingilis dili- yaxşı