Təhlükəsizlik hadisələrinin monitorinqi və analizi: SIEM platformaları vasitəsilə gündəlik və eskalasiya olunmuş təhlükəsizlik hadisələrinin izlənməsi və texniki təhlilinin aparılması;
EDR/XDR hadisələrinin araşdırılması: EDR/XDR sistemlərindən daxil olan alarmların texniki analizi, təsnifatı və risk səviyyəsinin qiymətləndirilməsi;
SOAR avtomatlaşdırılması: Hadisələrə cavab ssenarilərinin (IR playbook) hazırlanması, optimizasiyası və tətbiqi;
Root cause analizi və insident cavabı: Təhlükəsizlik insidentlərinin kök səbəblərinin araşdırılması, containment, eradication və recovery proseslərinin icrası və sənədləşdirilməsi;
Kiber təhdid kəşfiyyatı (CTI): Müxtəlif mənbələrdən gələn məlumatların zənginləşdirilməsi, IOC və TTP məlumat bazalarının yenilənməsi və hadisələrin kontekstuallaşdırılması;
Eskalasiya olunmuş hadisələrin idarəsi: SOC L1-dən gələn hadisələrin dərin texniki təhlilinin aparılması və uyğun komandaya yönləndirilməsi;
Zəifliklərin aşkarlanması və mitigasiya koordinasiyası: Təhlükəsizlik zəifliklərinin qiymətləndirilməsi, prioritetləşdirilməsi və müvafiq komandalarla birlikdə mitigasiya tədbirlərinin həyata keçirilməsi;
Yeni kiber təhdid və zərərli fəaliyyətlərin təhlili: Yeni kiber təhdidlər, kampaniyalar və zərərli fəaliyyətlər barədə analizlərin hazırlanması və SOC əməliyyatlarına inteqrasiyası;
SOC əməliyyat proseslərinin təkmilləşdirilməsi: Use-case tənzimlənməsi, qayda yaradılması, korelyasiya məntiqinin (correlation logic) inkişaf etdirilməsi və sənədləşdirilməsi.
Tələblər
Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları ya digər əlaqəli sahə üzrə)
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
SIEM sistemləri üzrə geniş təcrübə və real vaxtda hadisələrin monitorinqi bacarığı
EDR/XDR həllərində iş təcrübəsi və hadisələrin dərin texniki təhlili bacarığı
SOAR platformaları ilə iş təcrübəsi, avtomatlaşdırılmış hadisə cavab ssenarilərinin (playbook) yaradılması və optimizasiyası (Cortex XSOAR, Splunk Phantom, Tines və ya analoji sistemlər)
TCP/IP, DNS, HTTP(S), SMTP, VPN və digər əsas şəbəkə protokolları üzrə biliklər və şəbəkə trafikinin analizi bacarığı
Linux və Windows əməliyyat sistemlərində logların dərin analizi və texniki təcrübə
MITRE ATT&CK framework-ü üzrə anlayış və tətbiq bacarığı
Kiber təhdid kəşfiyyatı (CTI) mənbələri ilə işləmə bacarığı və məlumatların əməliyyat kontekstinə inteqrasiyası
Scripting və avtomatlaşdırma üzrə baza səviyyəsində bilik (Python, PowerShell və s.), SOC əməliyyatlarının optimizasiyası və proseslərin avtomatlaşdırılması üçün üstünlükdür
Azərbaycan dili - səlis, ingilis dili yaxşı, rus dili – arzuolunan;
Analitik düşüncə tərzi və detallara diqqət
Komanda ilə işləmə və stress altında qərarvermə bacarığı
Sənədləşmə və hesabat hazırlama bacarıqları
Yeni texnologiyalara tez adaptasiya olmaq və davamlı öyrənmə istəyi.